Crocusoft | “Samsung Unpacked 2020”-Qatlanan Smartfon və yeni qulaqcıq modeli təqdim olundu.
Android 5 MIN READ 5/25/2022 12:57:12 PM

“Samsung Unpacked 2020”-Qatlanan Smartfon və yeni qulaqcıq modeli təqdim olundu.

Samsung ən azı ildə bir dəfə məşhur media nümayəndələri, biznes analitiklər və bu sahənin digər nümayəndələrini “Samsung Unpacked” adlı tədbirdə bir yerə toplayaraq qabaqcıl hesab etdiyi məhsulların təqdimatını keçirir.

2020-nin ilk Unpacked tədbiri də dünən San Fransiskoda keçirildi.

Beləliklə gəlin əsas yeniliklərlə tanış olaq.

Galaxy Z Flip

https://techcrunch.com/wp-content/uploads/2020/02/1D0A2527.jpg?w=680

Və beləliklə, Samsungun bir vaxtlar dəbdə olan qapaqlı telefonları xatırladan “qatlanan smartfon” – Galaxy Z Flip 1380 dollarlıq möhtəşəm qiyməti ilə təqdim olunur. Satışlar isə 14 fevral tarixindən etibarən başlayacaq.

Qatlanmamış halda ekran ölçüsü 6.7 düymdür(6.7 inches) . Qatlandıqda isə bildirişlər, batareyanın statusunu göstərmək və selfi çəkmək kimi funksiyaları olan kiçik xarici ekran nəzərə çarpır. Bununla birlikdə “Flex Mode” adını verdikləri funksiya isə yuxarıdakı şəkildə görsəndiyi kimi, yarı qatlanmış halda işləməni nəzərdə tutur (kompüteri xatırladır?) və onların fikrincə video zənglər üçün idealdır.

https://techcrunch.com/wp-content/uploads/2020/02/flip-folded.jpg

Samsungun daha əvvəl təqdim olunan qatlanan smartfon prototipi toz və digər kiçik hissəciklərin qatlanma oxunun arasına dolaraq ekranı və korpusu zədələdiyi üçün bəzi problemlərlə üzləşmişdi. Yeni modeldə isə fiber örtük vasitəsilə bu problemin də həll olunduğu qeyd edilib.

Galaxy S20

https://techcrunch.com/wp-content/uploads/2020/02/Samsung-Galaxy-S20-pricing.png?w=680

2018-də Galaxy S9, 2019-da isə Galaxy S10 modelləri təqdim olunmuşdu. Görünür bu dəfə Samsung rəqəmləri adlayaraq 2020-ci ilə özəl olaraq yeni modeli Galaxy S20 adlandırmağa qərar verib.

Bu model üç variantda təqdim olunacaq: S20, S20+ və S20 Ultra. Qiymətlər isə uyğun olara 999, 1199 və və 1399 ABŞ dolları olacaq. Bu üç telefon fərqli displey ölçülərinə sahibdir : S20 - 6.2”, S20+ - 6.7” və S20 Ultra isə 6.9” ölçüdə gəlsə də bütün ekranlar 120hz tezliyə malikdir.Bu tezlik üçün isə keyfiyyəti “Quad HD+”dan 1080p-yə keçirməlisiniz. Hər üç model 5G texnologiyasını dəstəkləyir.

Son zmanlar istehsal olunan bir çox smartfonlar kimi, Samsungun da əsas fokus nöqtəsi kameradır və ən azından kağız üzərində yazılanı nəzərə alsaq, göstəricilər möhtəşəmdir.

S20 64 meqapiksel linzalar ilə  üç kameraya sahibdir, S20+ isə dörd kamera, dərinlik sensoru ilə  (depth sensor) bu modeli üstələyir. S20 Ultra biraz da iləri gedərək, 108 meqapiksellik geniş bucaqlı linzalarla istehsal olunacaq.

https://techcrunch.com/wp-content/uploads/2020/02/S20-camera-specs.jpg?w=680

S20 və S20+ modelləri 30x Space zoom, S20 Ultra isə 100x-ə qədər zoom imkanı təqdim edir.

Kiçik sürpriz olaraq Samsung Unpacked tədbirinin yarısında, yayımlanmanın S20 modeli vasitəsilə aparıldığını açıqladı.

https://techcrunch.com/wp-content/uploads/2020/02/Galaxy-S20-camera-rig.png?w=680

Samsung sifarişlərin 21 Fevral tarixindən başlayacağını, satışların isə 6 martdan etibarən reallaşacağını vurğulayıb.

Galaxy Buds+

Samsung Galaxy Buds

Samsung Apple Airpodlarına cavab olaraq bəzi yeniliklər təqdim edib. Galaxy Buds+ orijinal Buds sinfi ilə eyni görünüşdə olsa da, səs keyfiyyəti sistemi “single driver”dan “dual driver” sisteminə keçirilib və mikrofon sayı ikidən üçə artırılıb.

Samsung “Buds+”un batareyasının 11 saat enerji saxlayacağını, enerji qutusundan əlavə 11 saatlıq doldurula biləcəyini deyir. Əgər müvafiq Galaxy telefonunuz varsa, qulaqcıqları keçən il təqdim olunan “PowerShare” funksiyası vasitəsilə naqilsiz şarj edə bilərsiniz.

Buds+ qulaqcıqlarının 14 Fevraldan etibarən 149 dollara satışa çıxacağı gözlənilir.