Crocusoft | WinFi Owner
Venimus, Vidimus, Vicimus.

WinFi Owner

Milli startup ekosistemi üçün hazırladığımız ən uğurlu layihələrdən biri WinfiApp.com mobil tətbiqidir.

Industry

Startup

Services

Android Development , iOS Development, Mobile UI/UX design

Technologies

Java, HTML 5, JavaScript, Android SDK, Swift UI Kit, Android Studio, IOS-SDK, Xcode

Hazırladığımız bütün proyektlərdə olduğu kimi, bu layihəmizdə bazara çıxarılarkən ən müasir texnologiylarla hazırlanmış yüksək səviyyəli funksionallıqlar ilə təmin olundu. Hər bir layihəni istifadəçilərə təqdim edərkən, hazırladığımız MVP versiyasının stabil, genişlənə bilən olması diqqət yetirdiyimiz əsas məsələlərdən biridir.

WinFi insanların həm öz WiFi-nı paylaşmasına, həm də WiFi üzərindən internetə qoşulmasına imkan verən layihədir. Siz öz WiFi-nızı paylaşaraq pul qazanmaq imkanına sahib olursunuz.

İki mobil tətbiq vardır: WinFi Owner, WinFi User. Hal-hazırda mobil tətbiqlər Google Play və App Store-də aktivdirlər.

Winfi Owner tətbiqi, WiFi şəbəkəsinin sahibinə öz WiFi-nı paylaşaraq pul qazanmaq imkanı verən mobil tətbiqdir. WinFi Owner tətbiqində qeydiyyatdan keçərək WiFi sahibi öz WiFi məlumatlarını (login, parol, GPS location) paylaşır.

Winfi Owner tətbiqində bütün statistik məlumatlar göstərilir. Siz öz hesabınızı idarə edərək istifadəçilərdən əldə edilmiş gəlirləri götürə bilər və onlayn hesabat apara bilərsiniz.