Crocusoft | E-Polis

E-Polis

Sənaye

Elektron hökümət

Xidmətlər

Texnologiyalar

Firebase, MVVM, Kotlin

E-Polis mobil tətbiqi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində növbəti uğurlu addımdır. Vətəndaşlara bir sıra vacib xidmətlərə rahat və sürətli çıxış imkanı yaradan bu tətbiq vasitəsilə aşağıdakı funksiyalardan faydalana bilərsiniz:

✔️ Məhkumluq haqqında arayışın əldə edilməsi
✔️ Nəqliyyat vasitələri ilə bağlı zədələnmə, axtarışda və ya yüklü olması, icbari sığorta vəziyyəti kimi məlumatların yoxlanılması
✔️ Vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciət və statusun izlənilməsi
✔️ Virtual 102 funksionallığı vasitəsilə polisə video, foto və səs yazısı ilə birbaşa müraciət imkanı
✔️ Borc səbəbilə ölkədən çıxış qadağasının (STOP) yoxlanılması
✔️ Azad edilmiş ərazilərə giriş icazəsinin mövcudluğunun yoxlanılması
✔️ İtirilmiş əşyanın tapılmaması barədə arayışının əldə edilməsi
✔️ AYNA cərimələrinin yoxlanılması və ödənişi
✔️ Müraciət olunmuş tarix aralığında nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətaların müraciət edən şəxsin adına yazılması

E-Polis tətbiqi vətəndaşların dövlət xidmətlərindən istifadəsini asanlaşdırmaq və daha şəffaf etmək məqsədilə hazırlanmışdır.