Crocusoft LLC
×
Technology
Proqram təminatı: Məhsul yoxsa Xidmət?

İnformasiya texnologiyaları sənayesinin məhsulu olan proqram təminatı bəzən məhsul (software as a Product) bəzən isə xidmət ( Software as a Service) adlandırılır. Bu məqalədə Saas və SaaP arasındakı fərqi aydınlaşdırmağa çalışacağıq.

“Proqram Təminatı Xidməti” (Saas) – bir şox şirkətlər yazdıqları müxtəlif növ proqramlaşdırma məhsullarını müştəriyə internet üzərində çatdırır. Bu zaman üçüncü tərəfin təqdim etdiyi və müştəri tərəfindən alınan serverlər istifadə olunur. Bu cür software fərdi kompyuterlərdə quraşdırılma tələb etməyə bilər və müştəri istədiyi məhsula brauzer üzərindən access əldə edə bilər. SaaS tipli tətbiqlər və saytlar buraxıldıqdan sonra lazım gələn bütün növ xidmətlər adətən proqramlaşdırmanı həyata keçirən şirkət tərəfindən “bulud texnologiyası” (cloud) üzərindən həyata keçirilir. Bu xüsusiyyətinə görə Saas bəzən “on-demand software” , “hosted software” və ya “web based software” də adlandırılır. SaaS məhsullarından biri kimi Office 365 tərəfindən, Google tərəfindən təqdim olunan Drive, Calendar kimi xidmətlər misal göstərilə bilər. Heç bir yüklənmə vacib deyil və informasiya serverlər vasitəsilə əlçatandır.

Ən çox istifadə olunann SaaS məhsulları - Yahoo!, Hotmail, Outlook, Mail istifadə edərək bir dəfə də olsun mail göndərmisinizsə artıq SaaS istifadəçisi hesab olunursunuz. Adətən bu cür xidmətləri veb brauzerdən hesabınıza daxil olaraq istifadə edirsiniz. Elektron poçt proqram təminatçının şəbəkəsində yerləşir və mesajlarınız orada saxlanılır. Elektron poçtunuza və saxlanan mesajlarınıza İnternetə qoşulmuş kompüterdə və ya cihazda veb brauzer vasitəsilədaxil ola bilərsiniz.

Bu nümunələr şəxsi istifadə üçün pulsuz xidmətlərdir. Korporativ istifadə zamanı isə, e-poçt, əməkdaşlıq və təqvim kimi biznes tətbiqetmələrini, Müştəri ilə əlaqələrin  idarə edilməsi (CRM), müəssisə resurslarının planlaşdırması (ERP) və sənəd idarəetmə kimi qabaqcıl korporativ tətbiqlərini  aylıq abunə olaraq icarəyə götürürə bilərsiniz.

“Proqram Təminatı Məhsulu” (SaaP) – Məhsul olaraq baxıldıqda isə proqram təminatına adətən statik mənbələrdə quraşdırılıb istifadə edilən, müştəri tərəfindən birdəfəli alqı prosessində alınan proqram təminatı məhsulları başa düşülür. Bu cür proqramlaşdırma məhsullarını programming product, software product da adlandırırlar. SaaP məhsullarının ən bariz nümunəsi olaraq Microsoft Office proqramlarını missal göstərmək olar. Bu məhsulları istifadə etmək üçün lisenziyanı almağınız kifayətdir. Lakin yuxarıda qeyd edildiyi kimi Office 365 SaaS hesab olunur, çünki burada aylıq abunə vacibdir.