Crocusoft LLC
×
Technology
Saytda yenilənməyə ehtiyac olduğunu göstərən hallar

Əgər saytınız 90-cı illərin dizaynı və Nuh əyyamının funsionallığına sahibdirsə dəyişiklik vaxtıdır! Crocusoft köməyinizə gələ bilər.

https://www.webfx.com/blog/wp-content/uploads/2019/10/aolgif.gif

Bəs saytda dəyişikliklər lazım olduğunu necə anlamalı? Gəlin birgə aydınlaşdıraq.

Biznesiniz üçün veb sayt hazırlanması haqqında ətraflı məlumat almaq üçün digər bloglarımıza nəzər sala bilərsiniz.

Saytın yenidən iişlənməsini vacib edən hallar;

   1.İllərdir ki heç bir dəyişiklik edilməyib

Mütəmadi dəyişən internet dövründə sayta tez-tez dəyişiklik etmədən onu müasir formada saxlamaq çətindir.

Sayt istifadəçiləri və eləcə də axtarış mühərrikləri axıcı funsionallığa və yaxşı kontentə sahib modern, səliqəli saytları sevir. Hətta saytınız yaxın keçmişdə rekonstruksiya olunsa belə, hələ də daha çox trafik və daha üstün xidmət göstərmək üçün bəzi dəyişikliklərə ehtiyac ola bilər.

   2. Sayt responsiv deyil

Saytın responsiv olması nə deməkdir?

Resonsiv saytlar müxtəlif ekran ölçülərinə sahib olan mobil telefon, tablet və ya kompyuterlərdə eyni və yüksək səviyyə ilə işləyən saytlardır.

Mobil internet istifadəsi ildən ilə genişlənir. 2018-ci ildə ümumi veb sayt istifadəsinin 52 faizi mobil telefonlar və tabletlərlə reallaşmışdır. Bu o deməkdir ki istifadəçilərinizin əksəriyyəti daha kiçik ekran ölçülü cihazlarla sizi izləyir. Qeyri-responsiv sayt sizi müştərilərinizdən və gəlirlərinizdən ayıra bilər!

Təkcə onu vurğulamaq kifayətdir ki 2016 cı ildə Google “mobile–friendly” funksiyasını aktivləşdirmişdir. Yəni, Google indeksləmə və qiymətləndirmə üçün ilkin olaraq saytın mobil versiyasını nəzərədən keçirir. Saytınız mobil istifadəyə yararlı olduğunu yoxlamaq üçün

  • Brauzerinizi açın
  • Saytınıza daxil olun
  • Ctrl + Shift + I düymələrini basın
  • Sonra isə Ctrl + Shift + M düymələrini basın
  • Saytınıza mobil, planşet və desktop üçün perspektivyini yoxlayın

Əgər saytınız digər cihazlarda tam funsional deyilsə və ya dizayn müxtəlif ekranlarda sürüşərək səliqəsiz görünürsə bizə yazın

Saytı yoxlamaq üçün digər bir vasitə olan Google’s Mobile-Friendly Test də istifadə edə bilərsiniz. Mobile friendliness funskiyasını adaptiv dizayn kimi digər yanaşmalarla da əldə etmək mümkün olsa da responiv veb dizaynı təqdim etdiyi imkanlara görə ən çox istifadə olunandır.

    3. Saytdan gələn gəlir azalıb

Biznes üçün saytın verdiyi ən böyük fayda daha çox müştəri cəlb edərək gəlirləri artaırmaqdır. Əgər belə deyilsə böyük ehtimal ki dəyişiklik zamanıdır.

Adətən elektron alış-veriş, onlayn sifariş və qeydiyyat kimi funksionallıqları olan saytlarda bir dəfə belə çətinliklə üzləşmək istifadəçilərin digər saytlara üz tutmasına səbəb olur.Ödəniş sistemində kiçik bir problem yaranması belə satışlara böyük təsir edir. Odur ki, bu halları daim nəzarətdə saxlamaq və lazım gəldikdə dəyişiklik etmək lazımdır

Təbii ki sayt istifadəçilərinin sayı və gəlirlərin miqdarı bir çox digər amillərdən asılı ola bilər. Amma funksionallıq və dizayn əsas faktorlardır.

   4. Fəaliyyətinizdə dəyişiklik var

İşıq sürəti ilə dəyişən texnologiya və digər ətraf mühit amilləri şəraitində daim yeniliklər etmədən zirvədə qalmaq çətindir. Daim dəyişən, inkişaf edən müasir bir biznesin sahib olmalı olduğu əsas vasitələrdən biri veb saytdır. Yeni məhsullarınızı, endirimlər və təkliflər kimi əsas satış alətlərinizi sayt üzərindən tanıtmaq ən effektiv yol ola bilər. Ofisinizin yerinin dəyişməsi və ya yeni filialınızın faəliyyətə başlaması böyük təsirə malikdir. Bəlkə də artıq bir neçə il əvvəlkindən fərqli olaraq daha çox xidmət/sənaye sahəsində fəaliyyət göstərirsiniz. Loqonuz, təmsil edildiyiniz rəng, əməkdaşlıq etdiyiniz şirkətlər, əlaqə vasitələriniz də yenilənib. Bütün bu növ dəyişikliklərin saytınızda nəzərə alınması çox vacibdir.

Sizə hansı növ veb sayt lazım olduğuna qərar verə bilmirsinizsə yenə də biz kömək edərik. Bu Bloqu oxumağınız kifayətdir

2019 cu ilin sonuna qədər təhvil verməyi planladığımız 6 mobil və 15-dən çox veb əsaslı proyekti Oktyabr ayında, planlanan vaxtdan əvvəl təhvil verərək bu il üçün qarşımıza qoyduğumuz bütün göstəriciləri uğurla tamamladıq.

İdeyalarınızın uğurlu proyektlərə çevrilməsi üçün bizimlə əlaqə saxlayın.