Crocusoft LLC
×
Technology
UI və UX dizayn - Fərqlər və eyniliklər.

Digər peşələrdə olduğu kimi “Mən dizaynerəm” deyən şəxsin konkret olaraq hansı işlə məşğul olduğunu anlamaq olmaz. Sahə olaraq dizaynın söykəndiyi bir çox sütunlar var.

Dizaynla əlaqəli qrafik dizayn, tekstil dizaynı, daxili dizayn, moda dizaynı, keramika dizaynı, çap dizaynı və digər sahələrdə mövcuddur. Son zamanlar texnologiya şirkətlərinin “ekranlar” üçün interfeys yaratması ilə əlaqədar bir çox yeni dizayn rolları ortaya çıxmışdır.

UI/UX dizayner anlayışları isə hətta digər dizayn sahələrindən olan bəzi mütəxəssislərə belə yaddır.

UI və UX anlayışlarının fərqi

UI dizaynın necə göründüyü, UX isə dizaynın necə işləməsidir

UX-user experience veb və ya mobil proqramlaşdırma sahəsində olmasından asılı olmayaraq istifadə olunacaq dizayn elementlərinin necə yerləşdirilməsi ilə bağlıdır.

UX dizayn öz adı ilə bir növ təzad təşkil edir. Çünki dizayn dedikdə birbaşa ağıla kreativ forma,rənglər və qrafikalar gəlir. Bu sahədə isə sadalananlar azdır. Əvəzində isə UX dizayn funksionallıq, məmnunluq, rahat adaptasiya olunma, praktiklik kimi xüsusiyyətləri ekranlara qovuşduran sahədir.

Adətən UX dizaynerlər rəqəmsal məhsulların yaradılması ilə məşğul olurlar amma nəzəri və prosses olaraq digər bütün sahələrə tətbiq oluna bilər.

UX dizayn zamanı nəzərə alınmalı olan əsas göstəricilər isə

  • Istifadəçi kütləsinin analizi
  • Rəqib məhsulların analizi
  • Məhsulun quruluşu/strategiyası
  • Yaradılacaq content
  • Developerlərlə yaxından məsləhətləşmə ola bilər.

Nəticə olaraq işin məqsədi istifadəçinin tələbi ilə biznesin məqsədi arasında prosesləri nəticəsində yaranan əməkdaşlıq sayəsində hər iki tərəfi məmnun edəcək iş ərsəyə gətirməkdir.

UX vasitəsilə düymələr və kontent maksimum uyğun nöqtələrə yerləşdirildikdən sonra bu elementlərə əsl dizayn, gözəgəlimlilik, diqqəti cəlb etmək xüsusiyyətləri əlavə olunmalıdır. Bu xüsusiyyətlər User Interface (UI) vasitəsilə qazandırılır

UI-User Interface vizual kontentin birbaşa rəngi, forması, ölçüləri kimi müxtəlif xüsusiyyətlətin dizayn edilməsidir.

Vizual kontent elementlərinə şəkillər, sənədlər, videolar, forumlar, mətn, videolar,mətn sahələri, qrafik dizaynlar, drop-down listlər və.s aiddir. 

Apple və Samsung mobil telefonlarının təqribən eyni funskionallıqlara sahib olmalarına baxmayaraq Apple bütün istifadəçilərin daha çox üstünlük verdiyi cihazlar siyahısındadır. Bunu əsas səbələrindən biri sadə, rahat və intuitiv dizaynın olmasıdır.

Təbii ki Apple`a çox üstünlük verilməsində marka adı, güclü texniki xüsusiyyətlər, aid olduğu ölkə kimi faktorlar da rol oynaya bilər Aparılan sorğular zamanı Apple`in dizaynı istifadəçilər tərəfindən qavranması rahat olan, özünü hiss etdirməyən, rahat alışılan şəklində qiymətləndirilmişdir. Bütün bunlar intuitiv dizayn deməkdir. Bir çox professionalların fikrincə proyektin dizaynı intuitivdirsə, uğur daha yaxındadır. 

"Dizayn təkcə necə görünüb necə hiss olunmaq deyil. Dizayn necə işləməkdir"

Steve Jobs

Əlbəttə ki bəzən dizayn intuitiv olsa belə istifadəçilər yenə də qarışıqlıqla üzləşə bilər laugh

UI dizayn işinə aşağıdakılar daxildir.

  • Interaktivlik və Animasiya
  • UI prototip çıxarılması
  • Proqramçılarla implementasiya
  • Hədəf istifadəçi kütləsinə uyğun, gözü yormayan rəng seçimi
  • Brendinq

User ineface texnologiyanı asan və gözəgəlimli edən iş sahəsidir. UI dizaynerlərin istifadəçinin məhsul ilə birbaşa əlaqədə olduğu nöqtədə meydana çıxır.

Çox gözəl görsənən lakin istifadəsi çətin olan sayt əla UI, zəif UX deməkdir. Lakin istifadəsi çox rahat olsa da, çox səliqəsiz görünən saytda əla UX zəif Uİ işi göülmüşdür.

Istifadə edilən rənglər.

UI dizayn zamanı məhsulun  prototipi tam rəngli olara hazırlanır. UX dizaynda isə prototip üçün daha az rəng istifdə olunur(adətən qara,ağ,boz)

UI dizaynda bir düyməyə klikləmə hadisəsini göstərmək üçün düymənin klinklənməzdən əvvəl və kliklənmədən sonrakı full rəngli formada hazırklamaq lazım gəlirsə, UX də sadəcə düymə yaradılır və not əlavə olunur-“Kliklədikdən sonra yaşıl rəng”