Crocusoft LLC
×
Koronavirus təhlükəsi və biznes mühiti

Yaz havasının yavaş-yavaş hiss olunmağa başladığı bir vaxtda bütün dünya , şəhərləri iflic edən və milyonlarla insanı təcrid etmiş COVID-19 və koronavirus kimi də tanınan SARS-COV-12-nin təsirindən yan keçməyə çalışır. Dinamik iş dünyasında isə tamamilə izolyasiya və cəmiyyətdən uzaq olmaq mümkün deyil. Bütün səviyyələri əhatə edən təhsil ocaqları 29 mart tarixinə qədər müvəqqəti bağlansa da həm dövlət, həm də özəl müəssisələrdə iş davam edir. Buna görə də iş mühitində görülməsi tövsiyə olunan profilaktika tədbirləri və virus təhlükəsinin olduğu bir vəziyyətdə necə işləmək mövzusuna toxunmaq istədik. Mütəxəssislər  və beyenəlxalq qurumlar əsasən aşağıdakı normalara əməl olunmasını məsləhət görür;

Sadə gigiyenik qaydalara riayət edin

Ofis mühitində bir çox hallarda kənar restoranlardan yemək sifariş verilir.  Məsləhət görülür ki nahar fasiləsində öz bişirdiyiniz yeməklərdən istifadə edəsiniz. Lakin kənardan sifariş etdikdə belə təmizliyinə güvəndiyiniz kafe ve restoranları seçin. Sifarişinizi alarkən isə maksimum fiziki kontaktdan yayının.

Virusa yoluxma riskinin mənbəyi bir başa kontaktda olduğunuz insanlardır. Virus döşəmənin çatlarından içəri girməyə çalışan vulkan lavası və ya ziyanverici həşərat sürüsü deyil.

 CDC in məlumatına əsasən müntəzəm olaraq əlləri yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək virusdan qorunmağın ən yaxşı yoludur. Maskalardan istifadə etmək vacib deyil (lakin ziyanı yoxdur) , onlar əsasən yoluxmuş insanlar üçündür. Dünya sağlamlıq təşkilatı da bu cür sadə tədbirlərin çox əhəmiyyətli olduğunu tez-tez vurğulayır.

Yoluxmaqdan qorxduğunuzu deməyə çəkinməyin

İclaslar da biznes mühitinin vacib bir tərkib hissəsidr. Əgər virus daha geniş vüsət alarsa, görüşlərin sayını minimuma endirmək , əsasən videozənglərə üstünlük vermək daha yaxşıdır. “Görüş əvəzinə videozəng edə bilərik? Riski minimuma endirməyə çalışıram” cümləsini isə qarşı tərəf təhqir olaraq qəbul etməməlidir. Bu  sadəcə profilaktik tədbirlərin tərkib hissəsidir.   

Başa düşmək lazımdır ki ətarfımız virus tələsindən ibarət deyil. Lakin virus asimptotikdir və  harada olduğu məlum deyil. Buna görə də sadə profilaktikanın heç bir ziyanı yoxdur

Gördükləri tədbirlərə görə insanlara rişxənd etməyin

Bu period ərzində bir çox şey  əvvəlki kimi olmaya bilər. Bir çox beynəlxalq görüşlər, konfranslar və bayramlar təxirə salınıb. Lakin bu qərarları mühakimə etmək qətiyyən doğru odeyil. Eyni situasiya fərdi səviyyədə də müşahidə oluna bilər. Əgər kimsə əl sıxmaqdan imtina edirsə, İctimai nəqliyyatda sıxlıq olduğu vaxta düşməmək üçün iş saatının bitməsindən biraz əvvəl evə gedirsə,kafe restoranda görüşmək əvəzinə video zəng xahiş edirsə, hər şey hələ də qaydasındadır.

Şirkət rəhbərlərinin də bu mövzuda diqqətli və  anlayışlı olması vacibdir. Remote (ofisdən kənar) işləmək və ya bir neçə gün işdən uzaqlaşmaq istəyi anlayışla qarşılanmalıdır. Hər halda insanların hansı psixoloji vəziyyətdə olduğunu həmişə  ilk baxışdan anlamaq olmur.

Eyni zamanda bəzən irqçi yanaşmalarla da rastlaşmaq mümkündür. İctimai yerlərdə şərq ölkələrinin, əsasən də Çin vətəndaşı  olan insanlara qarşı fərqli münasibət bəsləmək, onları narahat edə  biləcək işarələr və başqa narahat edici davranışlar etmək tamamilə qeyri-etikdir. 

İtkiləri qəbul edin

Sağlamlığınızı  qorumaq üçün gördüyünüz tədbirlər vaxtınız, pulunuz və bəzi imkanları qurban vermək hesabına müsbət nəticə  verəcək.

Sadəcə nəzərə almaq lazımdır ki, itirən tək insan siz deyilsiniz. Hamı birbaşa və  ya dolayı şəkildə virusun təhlükəsinin  təsirinə məruz qalır. Bəziləri əldə etməli olduğu məhsulu vaxtında ala bilmir, kimsə işləri təhvil verməkdə yubanır, birjalar isə  tamamilə tənəzzül vəziyyətindədir. Xüsusilə də biznes mühitində kompromisə getmək, bütün dünya iqti   sadiyyatında oxşar vəziyətin olduğunu qəbul etmək lazımdır