Crocusoft LLC
×

Mobil Notariat

Respublika ərazisində fəaliyyət göstərən Notariat ofislərinin yeri, notarial hərəkətlər , notarius sənədlərinin idarə edilməsi haqqında tez və opertaiv məlumata ehtiyacınız var?
Mobil Notariat Crocusoft tərəfindən bütün növ notariat əməliyyatlarını asanlaşdırmaq üçün hazırlanmış proqramdır.

Burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və ­­notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilmişdir.
Bu tətbiq üzərindən şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.

Proqramıdan necə istifadə etməli? Tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçməyiniz kifayətdir. İlkin qeydiyyat üçün sizə yaxın olan Notarius ifisinə yaxınlaşaraq "Birdəfəlik Şifrənizi" əldə etməlisiniz. Qeyd edək ki bu prosses yalnız tətbiqdən ilk dəfə istifadə edənlər üçündür. Qeydiyyatdan keçdikdən sonra bütün növ sənədləriniz, notariat ofislərinin yeri , aparmaq istədiyiniz notariat əməliyyatları üçün lazım olan sənədlərin siyahısı, notariat ödənişləri kimi məlumatları operativ şəkildə mobil telefonunuzdan əldə edə bilərsiniz.

Mobil Notariatın əsas funksionallıqlarından biri nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin elektron qaydada verilməsi imkanının əlavə olunmasıdır.

Yenilik

Azərbaycanda Elektron hökümətin qurulmasına verdiyimiz dəstəyi davam etdirərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyasını əlavə etdik.

Tətbiqi yükləmək pulsuz, qeydiyyat isə “bir dəfəlik” proses olmaqla çox sadədir. Qeydiyyatdan keçdikdən sonra günün istənilən saatı notariat əməliyyatlarınızı asanlıqla  icra edə bilərsiniz.

Qeyd edək ki tətbiq istifadəyə verildiyi 4 ay ərzində istifadəçi sayı 30 mini ötüb.

                                                         

Digər bir yenilik isə onlayn sosial etibarnamələrlər bağlıdır. 

Tətbiq edilən yeni xidmət vasitəsilə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradılıb.

Sosial etibarnamənin elektron qaydada verilməsi imkanın yaradılması karantin rejimi dövründə sağlamlığının qorunması üçün evlərini tərk etməyə məhdudiyyət qoyulmuş bu xidmətlərin əsas istifadəçisi yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

07.04.2020-ci il tarixdən istifadəyə verilən və 100 mindən çox insanın faydalanacağı "Sosial etibarnamə"dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz "Mobil notariat" tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər.

   

Used Tools

Java

Android SDK

Android Studio

IOS-SDK

Xcode

Swift