Digər peşələrdə olduğu kimi “Mən dizaynerəm” deyən şəxsin konkret olaraq hansı işlə məşğul olduğunu anlamaq olmaz. Sahə olaraq dizaynın söykəndiyi bir çox sütunlar var.
Dizaynla əlaqəli qrafik dizayn, tekstil dizaynı, daxili dizayn, moda dizaynı, keramika dizaynı, çap dizaynı və digər sahələrdə mövcuddur. Son zamanlar texnologiya şirkətlərinin “ekranlar” üçün interfeys yaratması ilə əlaqədar bir çox yeni dizayn rolları ortaya çıxmışdır.
UI/UX dizayner anlayışları isə hətta digər dizayn sahələrindən olan bəzi mütəxəssislərə belə yaddır.
UI və UX anlayışlarının fərqi
UI dizaynın necə göründüyü, UX isə dizaynın necə işləməsidir
UX-user experience veb və ya mobil proqramlaşdırma sahəsində olmasından asılı olmayaraq istifadə olunacaq dizayn elementlərinin necə yerləşdirilməsi ilə bağlıdır.
UX dizayn öz adı ilə bir növ təzad təşkil edir. Çünki dizayn dedikdə birbaşa ağıla kreativ forma,rənglər və qrafikalar gəlir. Bu sahədə isə sadalananlar azdır. Əvəzində isə UX dizayn funksionallıq, məmnunluq, rahat adaptasiya olunma, praktiklik kimi xüsusiyyətləri ekranlara qovuşduran sahədir.
Adətən UX dizaynerlər rəqəmsal məhsulların yaradılması ilə məşğul olurlar amma nəzəri və prosses olaraq digər bütün sahələrə tətbiq oluna bilər.
UX dizayn zamanı nəzərə alınmalı olan əsas göstəricilər isə:
- Istifadəçi kütləsinin analizi
- Rəqib məhsulların analizi
- Məhsulun quruluşu/strategiyası
- Yaradılacaq content
- Proqramlaşdırma komandası ilə müzakirə etmək ola bilər.
Nəticə olaraq işin məqsədi istifadəçinin tələbi ilə biznesin məqsədi arasında prosesləri nəticəsində yaranan əməkdaşlıq sayəsində hər iki tərəfi məmnun edəcək iş ərsəyə gətirməkdir.
UX vasitəsilə düymələr və kontent maksimum uyğun nöqtələrə yerləşdirildikdən sonra bu elementlərə əsl dizayn, gözəgəlimlilik, diqqəti cəlb etmək xüsusiyyətləri əlavə olunmalıdır. Bu xüsusiyyətlər User Interface (UI) vasitəsilə qazandırılır