Venimus, Vidimus, Vicimus.

Mobile Notary

Industry

E-Government, Lifestyle

Services

Mobile Application Development, Android Development , iOS Development, Mobile UI/UX design

Technologies

Java, Android SDK, Swift UI Kit, Android Studio, Xcode

Respublika ərazisində fəaliyyət göstərən Notariat ofislərinin yeri, notarial hərəkətlər , notarius sənədlərinin idarə edilməsi haqqında tez və opertaiv məlumata ehtiyacınız var?
Mobil Notariat Crocusoft tərəfindən bütün növ notariat əməliyyatlarını asanlaşdırmaq üçün hazırlanmış proqramdır.
Burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və ­­notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilmişdir.
Bu tətbiq üzərindən şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.

Mobil Notariatın əsas funksionallıqlarından biri nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin elektron qaydada verilməsi imkanının əlavə olunmasıdır.

YENILIK

Azərbaycanda Elektron hökümətin qurulmasına verdiyimiz dəstəyi davam etdirərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyasını əlavə etdik.

Tətbiqi yükləmək pulsuz, qeydiyyat isə “bir dəfəlik” proses olmaqla çox sadədir. Qeydiyyatdan keçdikdən sonra günün istənilən saatı notariat əməliyyatlarınızı asanlıqla  icra edə bilərsiniz.

Qeyd edək ki tətbiq istifadəyə verildiyi 4 ay ərzində istifadəçi sayı 30 mini ötüb.