Crocusoft | Bələdiyyələrlə iş portalı
Belediyyelerle is portalinin ana sehifesi
Layihələr 3 MIN READ 20.04.2023 13:23:06

Bələdiyyələrlə iş portalı

Artıq bir neçə ildir ki, Ədliyyə Nazirliyinə məxsus rəqəmsal platformaların hazırlanmasını müvəffəqiyyətlə həyata keçiririk. Bu yaxın günlərdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş portalı“nın (https://belediyye.gov.az/) təqdimatı həyata keçirilib. Həm bələdiyyələrin gündəlik işlərini, həm də vətəndaşların bələdiyyələrə olan müraciətini ən qısa zamanda çatdırılmasını həyata keçirəcək bir portal təqdim edilmişdir.
🔍 Vətəndaşlar portal vasitəsi ilə:
- yerli özünü idarəetmə ilə bağlı xəbərlərlə, bədiyyələrin siyahısı və seçki orqanları ilə tanış ola, həmçinin onlayn müraciət və təkliflərini qısa zamanda göndərə bilərlər.
🔍 Bələdiyyələr portal vasitəsi ilə:
- bələdiyyələr və yerli özünü idarə orqanları şəxsi kabinetlərinə daxil ola, vətəndaşların fəaliyyətinə uyğun protokollar yarada, düzəlişlər edə, bələdiyyələr arası sənəd mübadiləsini, bir sözlə kağız və maillərlə həyata keçirdikləri funksionallıqları artıq platforma vasitəsi ilə həyata keçirə bilirlər.
Bu tapşırığı bizə həvalə edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinə öz təşəkkürümüzü bildiririk. Qeyd etmək istəyirik ki, artıq neçə illərdir bir çox dövlət qurumlarının layihələrini peşəkar səviyyədə başa vururuq!