Crocusoft | Əşyaların interneti (Iot) nədir ?
Internet of Things
Texnologiya 2 MIN READ 11.06.2025 12:59:35

Əşyaların interneti (Iot) nədir ?

Əşyaların interneti, yəni İnternet of Things (Iot) ağıllı cihazları - ağıllı qapılar, termostatlar, ağıllı sənayə cihazları - bir-birinə bağlayan sistemdir. İot daxilində insanlar məkanın temperaturu, hava keyfiyyəti, nəm dərəcəsi kimi göstəriciləri asanlıqla izləyə bilir. Əgər internetə qoşula bilən cihazların sayı artmağa davam edəcəksə, IoT texnologiyası həyatımızda daha böyük rola sahib olmağa başlayacaq. 


Necə işləyir ?

İnternet vasitəsilə sistem daxilindəki ağıllı cihazlar bir-birinə məlumat ötürür. Bunun nəticəsində onları bir paneldə idarə etmək mümkün hala gəlir. Eyni zamanda sistem müəyyən tapşırıqları avtomatik yerinə yetirə biləcək funksionallığa da sahib olur.


Üstünlükləri

Xərclərə qənaət edilməsi

IoT texnologiyası sayəsində manual idarəetmə azalır və bu da bizneslərin xərclərinə qənaət etməsinə şərait yaradır. Məsələn, IoT sistemləri enerji sərfiyyatını izləyərək məlumat toplayır və istifadəni tənzimləyir. 


Müştəri təcrübəsinin yaxşılaşdırılması

IoT texnologiyası müştəri davranışları barədə dəyərli məlumatlar toplamağa imkan verir. Bu məlumatlar əsasında bizneslər müştəriləri daha yaxşı anlayaraq onlara fərdi və hədəflənmiş təcrübələr təqdim edə bilir. 


Daha ətraflı qərar verilməsi 

Müştərilər və ya cihazlar haqqında yığılmış məlumatlar vasitəsilə bizneslər resursların istifadəsi və ya yeni məhsulların yaradılması barədə daha məlumatlı qərarlar verə bilər. 


IoT-un gələcəyi 

Bu sistemin gələcəyi yetərincə parlaq görünür. Gələcəkdə bu sahədə bir çox yeniliklər edilməsi gözlənilir:

  • Süni intellekt və maşın öyrənmə IoT üçün olduqca vacib vəziyyətə gələcək. Beləki, İoT vasitəsilə toplanmış məlumatlar Aİ vasitəsilə analiz edilərək daha effektiv qərarlar verilə bilər. 

  • Blokçeyn texnologiyası vasitəsilə IoT üçün vacib mövzulardan biri olan məxfilik daha da təkmilləşəcək.

  • İoT-un ən çox fayda verə biləcəyi mövzulardan biri davamlılıq olacaq. İoT vasitəsilə enerji istifadəsində müəyyən azalmalar olacaq.


IoT-un gələcəyi olduqca perspektivlidir – yaxın illərdə bu sahədə bir sıra yenilik və inkişaflar gözlənilir. Cihazların sayının artması ilə paralel olaraq yeni texnologiyalar və yanaşmalar meydana çıxacaq. Bizneslər bu dəyişikliklərə uyğunlaşaraq rəqabət üstünlüyü qazana və əhəmiyyətli faydalar əldə edə biləcəklər.