Crocusoft | Proqram Təminatının hazırlanmasını OUTSOURCE etməyin 7 ÜSTÜNLÜYÜ.
a girl trying to do many things at once
Bloqlar 5 MIN READ 25.05.2022 13:11:54

Proqram Təminatının hazırlanmasını OUTSOURCE etməyin 7 ÜSTÜNLÜYÜ.

Proqram Təminatının hazırlanmasını OUTSOURCE etməyin 7 ÜSTÜNLÜYÜ.

Həqiqətən OUTSOURCE şirkətlə işləmək çox çətindir. Lakin düzgün otuzdurulsa, böyük OUTSOURCE bir şirkəti daxili İT komandaya çevirmək və aşağıdakı 7 ÜSTÜNLÜYÜ əldə etmək olar.

 

OUTSOURCE TƏHLÜKƏLİDİR.

Çox zaman outsource şirkətlərlə işləmək bacarığı olmayan şirkətlər və ya qurumlar Proqram Təminatının (bundan sonra PT) daxildə hazırlanmasına üstünlük verirlər. Əgər şirkət daxilində PT hazırlanması ilə bağlı ixtisaslaşmış komanda varsa və durmadan layihələr üzərində işləyirlərsə bu qərar doğru ola bilər. Amma belə bir komanda yoxdursa, bunu sıfırdan qurmaq çox baha və çətin başa gəlir. Çox vaxt isə uğursuz olur.

OUTSOURCE etmək özü də riskli, təhlükəli və idarəetməsi çətindir. Ona görə vurğulanır ki, mütləq şirkətin outsource şirkət  seçmək və onunla işləmək təcrübəsi, bacarığı olmalıdır. Əgər şirkətin daxilində yaxşı məhsul sahibi (product owner), proyekt menecer (project manager) və oturuşmuş iş axını varsa onda outsource şirkətlə işləyərək aşağıdakı 7 ÜSTÜNLÜYÜ əldə edə bilər.

1.Proqram təminatının hazırlanması xərclərini azaltmaq

Əgər şirkət bu gün aylıq maaşları minlərlə manat ölçülən development komandasına daima iş verə bilmirsə, onda bu artıq xərcdən başqa bir şey deyil. Hələ onun bayramı var, ofisdəki xərcləri var, onun hər il maaş artımı var və sairə. Bir sözlə idarə edilə bilmirsə çətindir. Onda ən ideal yol işi düzgün şirkətə OUTSOURCE edib, nəzarətdə saxlayaraq xərcləri azaltmaqdır. Bütün dərdlər avtomatik olaraq outsource şirkətə keçmiş olur.

2. Yeni ideyalar əldə etmək

Outsource şirkətlər həll vermək üçün o qədər biznesi analiz edirlər ki... Sizin ideyanızı artıq onlar ilk andan anlayırlar, təcrübəli şirkətlərdə isə artıq sizin istəyinizə yaxın hazır həll belə olur. Və beləliklə şirkət gözləmədiyi nəticələr əldə edir.

 3. HR mütəxəssislərin vaxtına qənaət etmək

Əgər PT (ilk abzasa bax) hazırlamaq şirkətin ana (core) biznesi deyilsə çətin ki, onun proqramçı mühəndis yetişdirmək təcrübəsi olsun. Onda neyləmək lazımdır?. Axtarmaq! Amma harda? Nə qədər? Düzgün kadrı hardan tapacaqsan? Bu gün tapacaqsan sabah gedəcək? Axı nə bilirsən onun biliyi var ya yoxdur? Neçə layihə bitirib? Ümumiyyətlə yalnız təcrübəsi 7 ildə 8 şirkət gəzməkdirmi? Suallar HR komandasını, xüsusilə də recruitement komandasını bezdirir. Onda bu dərdləri düzgün şirkətə OUTSOURCE etmək lazımdır.

4.Texnologiya seçmək

Şirkətlərdə çox vaxt texnologiya ilk gələn proqramçı mühəndisin və ya komanda rəhbərinin biliyinə əsasən seçilir. Əgər o .NET bilirsə onda .NET, Java bilirsə Java və digər bu kimi texnologiyalar seçilir. Bir çox hallarda isə ümumiyyətlə bilinməyən bir kitabxana. Sonra o adamlar işdən gedən kimi şirkət qalır bu biliklərə malik proqramçı mühəndis axtarmağa. Düzgün işləyən OUTSOURCE şirkətlərdə isə texnologiya seçimi gündəmə, rahat tapılan və yetişdirilə bilən kadrlara, problem olduqda dünyada məhşur saytlarda tapılacaq həllərə görə seçilir və həmin texnologiyalarda kadrlar durmadan yetişdirilir. Beləliklə də yanılma daha az olur.

5.Texniki dəstək xərcini azaltmaq

Axı proqramçı mühəndis (və ya komanda) durmadan işləmirsə yenə də onun maaşı verilirsə, yalnız işlək platformada və ya PT – də müəyyən xırda dəyişikliklər edirsə, bu ümumilikdə aylıq 40 saatı aşmırsa, sadəcə hesabatlar hazırlayırsa bu xərcə nə ehtiyac var, çox daha sərfəli qiymətə düzgün şirkətə OUTSOURCE etmək olar. Outsource şirkət özündən Amerika kəşf eləmir, sadəcə sizdən fərqli olaraq həmin mütəxəssisi sizin kimi digər iki şirkətin də texniki dəstəyinə ayırır.

6. Paralel layihələr aparmaq

Əgər PT hazırlamaq sizin ana biznesiniz deyilsə bir texniki komanda ilə paralel neçə layihə edə bilərsiniz? Hətta profesional OUTSOURCE şirklətlərin belə bir limiti var. Ona görə ən rahatı işlərə məhsul sahibləri (product owner) təyin edərək bir və ya bir neçə düzgün şirkətə OUTSOURCE etməkdir.

7. İT komandanı və CTO, CİO – nu ancaq strategiya qurmağa fokuslandırmaq

Bir çox hallarda İT komanda deyiləndə onun tərkibində mütləq şəkildə texniki əməkdaşların olması nəzərdə tutulur. Əgər şirkətin ana biznesi İT deyilsə, onda həmin komandanın tərkibi proyekt menecerlər, məhsul sahibləri (product owner)  olur. CTO və CIO isə ümumiyyətlə development və texniki işlərə deyil, şirkətin rəqiblərini üstələməsi üçün İT – nin düzgün və çevik istifadə edilməsi çün vizyonun formalaşdırılması ilə məşğul olmalıdırlar. CTO – nuzun bahalı zamanını project manager kimi deyil, bir C level olaraq strategiya yönümlü etməniz üçün ən yaxşı yol işi düzgün şirkətlərə OUTSOURCE etməkdir.

 

Yaxşı bəs OUTSOURCE işini necə düzgün təşkil etməli və seçməli? Bunun üçün nə lazımdır?

Növbəti yazılarda