Crocusoft | Monitorları İdarəetmə Sistemi
1 MIN READ 18.08.2021 02:32:00

Monitorları İdarəetmə Sistemi

Müəssisə və təşkilatlara biznesi daha məhsuldar idarə etmək üçün təqdim etdiyimiz növbəti möhtəşəm məhsul Ağıllı Rəqəmsal Tablo layihəsidir. Bir çox otellər, restoranlar və müxtəlif təşkilatlar iş mühitində monitor və TV lər yerlədirir. Üzləşilən əsas problemlərdən biri bu monitorlarda lazımi kontenti əks etdirmək üçünUSB cihazlardan istifadə edilməsidir. Kontentin bu üsulla əks etdirilməsi bir çox prblemlərə səbəb ola bilər.

Məsələn:

  • Yanlış monitorda yanlış USB istifadə edilməsi
  • Bu sistemin idarə edilməsi üçün xüsusi işçilər ayrılması, beləliklə də bir çox texniki səhvlər
  • İş prossesinin qeyri-məhsuldarləğına səbəb olan vaxt itkisi
  • Videolar arasında ekranda əks olunan gözləmə simvolu
  • Videolar arasında uzun pauzalar
  • Və bir çox digər kiçik problemlər.

Bu tip problemlər üçün həll üsuslunu biz sizə təqdim edirik. Bu mərkəzləşdirilmiş proqram təminatı dövlət idarələri və müəssisələrinə hər bir monitoru vahid mənbədən idarə etməyə imkan yaradır.