İstənilən proqram təminatının hazırlanması layihəsinə başlamadan öncə mövcud sistemdə proseslərin necə baş verdiyini anlamaq çox önəmlidir. Fərqi yoxdur ki, şirkət daxilində proseslər hər hansı bir proqram təminatı üzərindən avtomatlaşdırılıb və ya kağızlar üzərindən aparılır. Önəmli olan anlamaq lazımdır ki, mövcud proseslər hansı şəkildə baş verir, proses iştirakçıları kimlərdir. Hansı tərəflər var, onlar işlərini necə aparırlar. Bunun üçün biz sistem analizi xidmətini təklif edirik. Düzgün aparılmış sistem analizinin sonunda hətta şirkət ona proqram təminatının lazım olub olmadığını, yeniləməyə ehtiyacın olub olmadığını da müəyyən edə bilər. Bu mərhələni uğurla keçmiş müştərilərimiz bəzən yeni layihənin başlamasına ehtiyac qalmadan mövcud sistemi optimallaşdırıb daha bir neçə il əlavə xərc çəkmədən davam edirlər.
Sistem analizin sonunda gəlinən nəticə proqram təminatının hazırlanmasıdırsa, onda mütləq ki proses biznes analiz prosesi (biznes tələblərinin toplanması) ilə davam etməlidir. Bəzən biznes analiz prosesi üçün böyük, mürəkkəb sənədlər hazırlanır. Lakin təcrübə göstərir ki, hazırlanmış mürəkkəb sənədlər bəzən oxunmur, bəzən isə layihə bitənə qədər köhnəlir. Ona görə də biz, daha çox dizaynlar, mockuplar və excel fayllarla bu məlumatları toplayıb sürətli development komandasına ötürürük.