Crocusoft | 10 il innovasiya — 10 il komanda işi
Crocusoft komandası
Yeniliklər 1 MIN READ 21.10.2025 12:39:57

10 il innovasiya — 10 il komanda işi

Bu il Crocusoft üçün xüsusi bir mərhələdir — 10 il ərzində innovasiyaya, texnologiyaya və birliyə sadiqliyimizin yubileyini qeyd etdik.

Yubiley tədbirimiz təkcə keçmiş uğurların xatırlanması deyil, həm də bizi bu nöqtəyə gətirən komanda ruhunun bir daha nümayişi oldu. Gün boyu həm rəsmi hissədə — xatirələr, çıxışlar və gələcəyə baxış müzakirə olundu.

💜 Bu 10 ildə bir ideyadan güclü texnoloji ekosistemə çevrilən Crocusoft-un böyük dəyəri hər zaman insanları olub — yaratdığımız məhsullar, qurduğumuz tərəfdaşlıqlar və qazandığımız uğurlar da məhz bu ruhun nəticəsidir.

Növbəti illərdə daha böyük innovasiyalar, yeni bazarlar və daha güclü birlik üçün! 🚀