Artıq açıq hava məkanlarında reklam yerləşdirmək daha sürətli, rahat və rəqəmsal şəkildə mümkündür. Çünki, Advera MMC rəsmi olaraq AdGo reklam platformasının istifadəyə verildiyini elan edib. Bu platforma vasitəsilə bütün reklamverənlər tranzit reklam sifarişlərini vahid onlayn sistem üzərindən rahatlıqla həyata keçirə biləcək və bütün prosesə nəzarət edə biləcəklər.
AdGo vasitəsilə reklam verənlər metro, avtobuslar, hava limanları, avtovağzallar və dəmiryolu stansiyaları kimi geniş reklam məkanlarını birbaşa onlayn şəkildə araşdıra, uyğun yerləri seçərək reklam sifarişlərini birbaşa platforma üzərindən təqdim edə bilirlər.
Diqqətçəkən xüsusiyyət odurki, reklam materiallarının yerləşdirilməsi, monitorinqi, müqavilələrin hazırlanması və sənədləşmə daxil olmaqla, bütün proses tam şəkildə AdGo platformasında rəqəmsallaşdırılıb.
Bunun nəticəsində manual kommunikasiya, əyani görüşlərə olan ehtiyac minimuma endirilir.
Bu platformanın proqram təminatını Crocusoft şirkəti tərəfindən yaradılmışdır. Platforma yaradılarkən əlavə olunan bir sıra funksionallıqlar reklamverənlər üçün istifadəni rahatlaşdırmış və prosesi effektiv hala gətirmişdir. Adgo-nun əsas funksionallıqları bunlardır:
Zonalar üzrə metro xəritəsi
Avtobus dayanacaqları
Müqavilə, sənədlər və qəbz
Reklamların yayımlanma statusu
Monitorinq
Aylıq hesabatlar
Ümumi olaraq, AdGo platforması Azərbaycandakı reklam bazarı və rəqəmsallaşma təşəbbüsləri üçün əhəmiyyətli addımdır. Bu platforma, ənənəvi reklam sifarişi və yerləşdirmə üsullarını rəqəmsal mühitə daşımaqla, bazarda uzun müddətdir mövcud olan şəffaflıq, əlçatanlıq və operativlik problemlərinə effektiv həll təklif edir.