Agile proqram təminatının inkişafı əməkdaşlıq, iterativ irəliləyiş və müştəri geribildirimi üzərində dayanaraq çevik və uyğunlaşa bilən bir metodologiyadır. Bu yanaşma bizneslərin inkişaf edən ehtiyaclarına cavab verməyi təmin edərkən yüksək keyfiyyətli proqram təminatının çatdırılmasını nəzərdə tutur. Agile metodologiyası dəyişikliklərə sürətli və səmərəli şəkildə uyğunlaşma qabiliyyətinə görə Waterfall modeli kimi ənənəvi metodologiyaları əvəz etmişdir. Bu metodologiya çevikliyi təşviq edir, komanda işini gücləndirir və davamlı təkmilləşdirməni təşviq edir.
Agile-in dörd əsas dəyəri
2001-ci ildə 17 proqram təminatı inkişaf etdiricisi Agile Manifestini yaradaraq aşağıdakı dörd əsas dəyəri müəyyən etmişdir:
🔹 Fərdi qarşılıqlı əlaqələr: İnsanlar və onların qarşılıqlı əlaqələri alətlər və proseslərdən daha vacibdir. İnkişaf prosesi proseslərə dəqiq şəkildə riayət eyməkdən daha çox komandanın müştəri tələblərinə cavab vermək qabiliyyətinə əsaslanır.
🔹 İşlək proqram təminatı: Sənədləşdirmə vacib olsa da Agile sənədləşmədən çox aktiv proqram təminatı təqdim etməyə üstünlük verir. Sənədləşdirilmiş tələblər siyahısı uzun olduğu üçün inkişaf prosessində gecikmələrə səbəb olur. Agile sənədləşdirmənin istifadəsini aradan qaldırmır, onu yalnız işi yerinə yetirmək üçün lazım olan məlumatları təmin edəcək şəkildə sadələşdirir. Bu da daha effektiv inkişafı təmin edir.
🔹 Əməkdaşlıq: Agile, müştəri ilə layihə menecerinin əməkdaşlığına üstünlük verir. Müştəri ilə əməkdaşlıq etmək yalnız başlanğıc və sonda deyil, bütün inkişaf prosesi boyunca nəzərdə tutulur, bu da komandaların müştərilərin ehtiyaclarını daha asan qarşılamalarına kömək edir.
🔹 Dəyişikliklərə cavab vermək: Agile inkişafın son mərhələlərində belə dəyişiklikləri qarşılayır. Qısa iterativ dövrlər çevikliyi təmin edir və yekun məhsulun müştərinin ehtiyaclarına uyğun hazırlanmasına kömək edir.
Agile proqram təminatının inkişaf prosesi
Tələblərin toplanması: Müştərinin ehtiyacları toplanır və prioritetləşdirilir.
Planlaşdırma: Komanda proqram təminatını çatdırmaq üçün plan yaradır və bunu iterasiyalara ayırır.
İnkişaf: Proqram, tez-tez yenilənən və geribildirim alan iterasiyalarla inkişaf etdirilir.
Test etmə: Proqram, keyfiyyət standartlarına və müştəri tələblərinə uyğun olaraq test edilir.
Yayımlama: Proqram yayımlanır və istifadə üçün mövcud edilir.
Davamlı baxım: Proqram təminatının işlək və aktual qalmasını təmin etmək üçün zərurət olduqda davamlı yeniləmələr və səhv düzəlişləri həyata keçirilir.
Agile proqram təminatının inkişafının 10 əsas faydası
✔️ Sürətli yayımlama: Agile daha sürətli proqram təminatı yayımlanmasına imkan verir, müştəri etibarını qazanır və daha sürətli çatdırılma təmin edir.
✔️ Uyğunlaşa bilmək: Agile çox çevikdir və dəyişən tələblərə uyğunlaşa bilər, bazar dəyişikliklərinə sürətlə cavab verir.
✔️ Dərhal geribildirim: Davamlı geribildirim proqramın hər bir iterasiyasında təkmilləşdirilməsinə kömək edir.
✔️ Yüksək keyfiyyət: Agile davamlı test və təkmilləşdirməyə diqqət yetirir, yüksək keyfiyyətli və etibarlı proqram təminatı təmin edir.
✔️ Artan əməkdaşlıq: Agile, komanda üzvləri, maraqlı tərəflər və müştərilər arasında ünsiyyət və əməkdaşlığı təşviq edir.
✔️ Yüksək müştəri məmnuniyyəti: Müştərinin tez-tez cəlb edilməsi, son məhsulun onların ehtiyaclarını və gözləntilərini qarşıladığını təmin edir.
✔️ Riskin azaldılması: Davamlı test və geribildirim erkən mərhələlərdə problemləri aşkarlayır və böyük səhvlərin qarşısını alır.
✔️ Daha sürətli bazara çıxarılma: Agile-in iterativ yanaşması proqram təminatının sürətli çatdırılmasına kömək edir.
✔️ Artan şəffaflıq: Davamlı yeniliklər və ünsiyyət şəffaflığı artırır və maraqlı tərəfləri məlumatlandırır.
✔️ Təkmilləşdirilmiş layihə nəzarəti: Agile-in müntəzəm olaraq geribildirim alması layihə irəliləyişini daha yaxşı idarə etməyə imkan verir və məlumat əsaslı qərarlar qəbul etməyə kömək edir.
Agile proqram təminatının inkişafı əməkdaşlıq, uyğunlaşma və iterativ irəliləyişə əsaslanan bir yanaşmadır. Çevikliyi, sürətli yayımlanması və müştəri məmnuniyyətinə verdiyi önəm sayəsində Agile bir çox proqram təminatı inkişaf komandası üçün üstünlük verilən metodologiyaya çevrilmişdir. Bu metodologiya şirkətlərin dəyişən tələblərə sürətlə uyğunlaşmasına və yüksək keyfiyyətli məhsullar təqdim etməsinə imkan verir. Agile yanaşmasını qəbul edən bizneslər rəqabət üstünlüyünü qoruyaraq riskləri azalda, komandalar arasında əməkdaşlığı gücləndirə və nəticədə uğurlu proqram layihələri həyata keçirə bilərlər.