Crocusoft | AI həqiqətən proqramçıların məhsuldarlığını artırır ?
suni intellekt
Süni intellekt 4 MIN READ 17.07.2025 10:13:33

AI həqiqətən proqramçıların məhsuldarlığını artırır ?


Son illərdə süni intellekt əsaslı kod yazma alətləri mühəndislərin iş prosesini köklü şəkildə dəyişib. Artıq onlar avtomatik olaraq kod yazmaq, yazılan koddakı səhvləri düzəltmək və ya bütün dəyişiklikləri test etmək üçün AI alətlərindən istifadə edirlər. Bu da proqram təminatı sahəsinə böyük ölçüdə təsir edir. Bir çox məqalə və proqramçılar bu alətlərin onların sürətiniproduktivliyini artırdığını iddia edir.

Bu iddialar nə qədər düzgündür ?

METR - qeyri-kommersiya süni intellekt tədqiqat qrupu - tərəfindən aparılan son araşdırma bu suala sürpriz cavablar verir. Belə ki, 16 təcrübəli açıq mənbəli proqramçı 246 real tapşırığı yerinə yetirib. Bu tapşırıqlar onların daim işlədiyi böyük kod mənbələrindən seçilib. Tədqiqatçılar bu tapşırıqların təsadüfi olaraq təxminən yarısını “AI-icazəli” olaraq təsnifləndiriblər — bu halda proqramçılara Cursor Pro kimi qabaqcıl süni intellekt alətlərindən istifadə etməyə icazə verilib. Digər yarısında isə AI istifadəsi qadağan olunub.


Tədqiqat başlamazdan əvvəl proqramçılardan, AI alətlərindən istifadə etməklə tapşırıqları nə qədər tez bitirəcəklərini proqnozlaşdırmaları xahiş olunub. Onlar, süni intellektin köməyi ilə tapşırıqları yerinə yetirmə müddətinin orta hesabla 24% azalacağını düşünürdülər.


Nəticə isə gözlənilməz olub. 

Cədvəldən göründüyü kimi AI istifadəsinə icazə verildikdə tapşırıqların tamamlanma müddəti əslində 19% artır — yəni proqramçılar AI alətlərindən istifadə etdikdə daha yavaş işləyirlər. 


Bu araşdırma süni intellektin vəd etdiyi produktivliyə şübhə ilə yanaşmağa imkan yaradır. Bu nəticəyə təsir edən bəzi faktorlar var:

  1.  Proqramçılar kod yazmaq əvəzinə AI-yə sual verməyə və cavab gözləməyə daha çox vaxt sərf edirlər. 

  2. AI həmçinin böyük və mürəkkəb kod bazalarında çətinlik çəkir.


Tədqiqatı idarə edən şəxslər bu araşdırmadan qəti çəkildə nəticə çıxarmamağın tərəfdarıdırlar. Bildirdiklərinə əsasən, süni intellekt çox sürətlə inkişaf edir və bu nəticələr bir müddət sonra aktuallığını qorumaya bilər. METR başqa araşdırmalarında da göstərib ki, AI kod yazma alətləri son dövrlərdə daha mürəkkəb uzunmüddətli tapşırıqları yerinə yetirməkdə xeyli irəliləyiş göstərib

Nəticə olaraq onu demək olarki, AI-nin məhsuldarlıq baxımından vəd etdiyi üstünlüklərə ehtiyatla yanaşmaq lazımdır. Proqramçılar AI vasitəsilə iş proseslərinin dərhal sürətlənəcəyini düşünməməli, onun təmin etdiyi üstünlüklərdən ehtiyatla istifadə etməlidirlər.