Crocusoft | Proqram təminatı şirkəti seçərkən nələrə diqqət etməliyik ?
Proqram təminatı layihəsinin planlaşdırılması və icrası
Texnologiya 4 MIN READ 17.03.2023 14:14:57

Proqram təminatı şirkəti seçərkən nələrə diqqət etməliyik ?

Hər bir müştəri tez bir zamanda uyğun proqram təminatı şirkətini taparaq ehtiyaclarını ödəmək, özünə uyğun proqram təminatı həllini istifadə etmək istəyir. Lakin bu proses hər zaman göründüyü qədər sadə olmur. Bazarda bir çox proqram təminatı şirkəti var və bu şirkətlər arasında seçim etmək günü-gündən olduqca çətinləşir.

 

Nəyi dəqiq istədiyinizi bilmək və hər şeyi ətraflı sənədləşdirmək, bazarda olan bütün proqram təminatı şirkətlərini dəyərləndirmək və doğru qərar verməkdə müştəriyə əhəmiyyətli dərəcədə kömək edə bilər.

Doğru proqram təminatı şirkətini seçmək, ümumi prosesin effektivliyini artırır, uğursuz layihələrin qarşısını alır və sizə lazım olan həlli vaxt və büdcə aşımı olmadan təmin etməyə kömək edir.

Ümumiyyətlə proqram təminatının nə olduğunu və hansı proqram təminatının uyğun seçim olduğunu anlamaq üçünProqram təminatı: Məhsul yoxsa Xidmət?” məqaləmizə baxa bilərsiniz.

Proqram təminatını outsource etmək

Artıq IT ilə əlaqəsi olmayan bir çox şirkətlərdə proqram təminatı həllərinə ehtiyac duyur. Bu cür şirkətlərin daxildə İT komandası yaratması çox xərc və vaxt tələb edən bir prosesdir. Bu zaman proqram təminatı ehtiyacını outsourcing ilə ödəmək olduqca təbii hal olur. 

Outsourcing faydaları:

Xərclərə qənaət

Outsource şirkətlər adətən daha ucuz əməyə malik olan ölkələrdə yerləşdiyi üçün ümumi xərclər əhəmiyyətli dərəcədə azalır.

Sürətli start və inkişaf

Hazır komanda ilə işləmək, işə götürmə və təlim proseslərini aradan qaldırır və layihəyə daha tez başlamağa imkan verir.

Peşəkar təcrübə

Outsource komandalar adətən müxtəlif layihələrdə təcrübə qazanmış peşəkarlardan ibarət olur, bu isə daha keyfiyyətli nəticə deməkdir.

Risklərin bölüşdürülməsi

Layihə idarəetməsi və texniki risklər müəyyən qədər outsourcer tərəfindən paylaşılır.

Proqram təminatı şirkəti seçərkən 10 addım

Hər proqram təminatı şirkəti eyni deyil, və eyni həlləri təqdim etmir. Bəziləri hazır sistemlərə fokuslanarkən, digərləri isə özəlləşdirilmiş məhsullar və həllər ilə bazarda mövqeyini qoruyur. Bütün bu seçimlər arasında düzgün və uyğun şirkəti seçmək üçün izlənilməli olan bir neçə addım var: 

1. Şirkət məqsədləri, hədəfləri və ayrılmış vaxtın müəyyən edilməsi

Outsource tərəfdaşına müraciət etməzdən əvvəl proqram təminatına niyə ehtiyacınız olduğunu, necə işləyəcəyini və nə vaxt hazır olmalı olduğunu dəqiq müəyyənləşdirmək vacibdir. Əvvəlcədən bu kimi detalları planlaşdırmaq, uğurlu nəticə və vaxtında çatdırılma üçün əsas təmin edir və gecikmə risklərini azaldır.

 2. Proqram təminatı şirkətləri üzrə araşdırma aparın

Google və Clutch üzərindən proqram təminatı şirkətlərini araşdırın. Təcrübə sahələri, xidmətlər və komanda strukturlarına baxın. Qısa siyahı tərtib edərək ən uyğun şirkətləri seçin. Əlaqə məlumatlarını da əvvəlcədən toplayın.

 3. Portfolioları və oxşar layihələri yoxlayın

Şirkətin əvvəlki proqram təminatı layihələrinə baxın. Sizin ehtiyaclarınıza bənzər həlləri olub-olmadığını araşdırın. Ətraflı case study və nəticələr təqdim edən şirkətlərə üstünlük verin. Ümumi və qeyri-dəqiq portfoliolardan uzaq durun.

4. Müştəri rəylərini oxuyun

Proqram təminatı şirkətləri haqqında real müştəri rəyləri çox şey deyir. Xüsusilə texniki detalları olan rəylərə diqqət yetirin. Yalnız tərif dolu, lakin konkretlikdən uzaq şərhlərə ehtiyatla yanaşın. Əvvəlki müştərilərlə əlaqə yaratmaq da faydalı ola bilər.

5. Uyğunluq və əməkdaşlıq potensialını dəyərləndirin

Proqram təminatı şirkəti sizin biznes mədəniyyətinizə uyğun olmalıdır. Layihənizə tam fokuslanmış komanda təyin edə biləcək şirkətlə işləyin. Çox sayda paralel layihəsi olan tərəfdaşlardan çəkinin. 

6. Tələbləri birgə analiz edin

Texniki və funksional tələblərinizi əvvəlcədən sənədləşdirin. Proqram təminatı şirkəti ilə bu tələbləri müzakirə edin. Onların layihənin tam miqyasını başa düşdüyünə əmin olun. Bu, dəqiq büdcə və düzgün yönləndirmə üçün vacibdir.

7. Kommunikasiya prosesini planlaşdırın

Proqram təminatı şirkəti ilə aydın və daimi əlaqə vacibdir. Müasir alətlər üzərindən davamlı kommunikasiya kanalı qurulmalıdır. Geri bildirim dövrü qısa olmalıdır. Bu, layihənin vaxtında və keyfiyyətli icrasına kömək edəcək.

8. İnkişaf metodologiyasını öyrənin

Proqram Təminatı Şirkətinin hansı proqram təminatı metodologiyasından istifadə etdiyini soruşun. Lazım gələrsə, texniki dəstək alın.

9. Təhlükəsizlik standartlarını sorğulayın

Proqram təminatı şirkəti məlumat təhlükəsizliyini necə təmin etdiyini izah etməlidir. NHəm inkişaf zamanı, həm də son məhsul səviyyəsində təhlükəsizlik təminatı olmalıdır. 

10. Dəstək və texniki dəstəyi müzakirə edin

Layihədən sonra proqram təminatının dəstəklənməsi və baxımı necə aparılacaq? Şirkət heyətə təlim verməli və lazım gəldikdə texniki yardım göstərməlidir. Yeniləmə və miqyaslanma planları da öncədən nəzərdə tutulmalıdır. Uzunmüddətli tərəfdaşlıq üçün bu vacibdir.

Niyə proqram təminatı  həlləriniz üçün Crocusoft seçməlisiniz ? 

Yuxarıda sadalanan bütün addımlar Crocusoft komandası tərəfindən hər layihədə sistemli şəkildə tətbiq olunur. Məqsədimiz – biznesinizin ehtiyaclarını dərindən anlayaraq, həmin ehtiyaclara uyğun innovativ və dayanıqlı proqram təminatı həlləri təqdim etməkdir.

Proqram təminatı sahəsində 10 illik təcrübəmizlə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər üçün rəqəmsal transformasiya həlləri hazırlamışıq. Bu müddət ərzində daim yenilənən texnologiyalardan istifadə edərək, yüksək keyfiyyətli və funksional məhsullar yaratmaq bizim əsas prioritetimiz olub.

Proqram təminatı həllərinizi bizə əmanət edin:

https://crocusoft.com/az/WorkWithUs