Bu məqalə proqram təminatının nə olduğunu, necə istifadə edildiyini və eyni zamanda nə zaman məhsul və nə zaman xidmət olaraq adlandırıldığını izah edir.
Proqram təminatı nədir ?
Proqram təminatı, kompüterə nə etməli olduğunu deyən təlimatlar toplusudur. Yəni, proqram təminatı kompüterdə etdiyimiz bütün alqoritmləri yaradan və icra edən proqramlardan ibarətdir. Proqram təminatının əsas məqsədi istifadəçi və biznes ehtiyaclarını səmərəli yoldan ödəmək və təhlükəsiz məhsul yaratmaqdır.
Proqram təminatı necə işləyir ?
Müasir müəssisələr adətən Devops adlanan modellərdən istifadə edir. Eyni zamanda Devops proqram təminatı məhsullarını yüksək keyfiyyət və sürətlə yaratmağa imkan verən praktika, protokol və texnologiyalar toplusudur. Gündəlik həyatın hər nöqtəsində proqram təminatının məhsullarından istifadə edilir. Proqram təminatının hazırlanması isə bu tətbiqləri və sistemləri həyata gətirən əsas prosesdir.
Proqram təminatının növləri
Proqram təminatlarının ehtiyaca əsasən müxtəlif növləri mövcuddur:
Sistem proqram təminatı
Bu növ proqram təminatı məhsulun əsas funksiyalarını icra edir. Əməliyyat sistemləri, xidmət proqramları, disk idarəetmələti kimi ehtiyacları bu növ təmin edir.
Proqramlaşdırma proqram təminatı
Proqramçıların bütün işi bu proqram təminatı növü ilə ərsəyə gəlir. Belə ki, onlar bu növ ilə kod yazmaq üçün mətn redaktorları, kompilyatorlar, bağlayıcılar (linkers) və sazlayıcılar (debuggers) kimi alətlərdən istifadə edir.
Tətbiq proqram təminatı
Bütün istifadəçilər ağıllı cihazları müəyyən tapşırıqları səmərəli şəkildə yerinə yetirmək üçün istifadə edir. Tətbiq proqram təminatı spesifik ehtiyaclara yönəlmiş tətbiqləri əhatə edir. Məsələn, onlayn alış-veriş saytlarında istifadə olunan və ya sosial media məzmunu ilə qarşılıqlı əlaqə qurmağa imkan verən tətbiqlər bu növə daxildir.
Daxili proqram təminatı
Kompüter hesab edilməyən cihazları idarə etmək üçün daxili proqram təminatlarından istifadə edilir. Bunlara telekommunikasiya şəbəkələri, avtomobillər, sənaye robotları və s. daxildir. Bu cihazlar və onların proqram təminatı, Əşyaların İnterneti (IoT) çərçivəsində bir-birinə qoşula bilər.
Bəzi mənbələrdə proqram təminatı "məhsul", digərlərində isə "xidmət" (xidmət) kimi təqdim olunur. Bu ifadələrin seçimi proqram təminatının təqdimetmə modelindən və istifadə formasından asılı olaraq dəyişir. Bu fərqi anlamaq, proqram təminatının hansı məqsədlə və necə istifadə edildiyini daha düzgün dəyərləndirməyə kömək edir.
Məhsul kimi Proqram Təminatı
Məhsul kimi proqram təminatı həlləri, yəni SaaP həlləri, istifadəçi üçün lizensiya alınmasını tələb edən, istifadəçinin özünün yerləşdirib, işlətdiyi məhsuldur. Bu məhsullar adətən birdəfəlik ödəniş ilə hazırlanır və aylıq ödəniş tələb etmir. Lakin bu növ proqram təminatları daimi texniki dəstək və yenilənmə xərcləri tələb edir.
Bu məhsullara nümunə olaraq Adobe Photoshop göstərmək olar:
İstifadəçi lisenziyanı satın alaraq proqramın tam hüquqlu sahibi olurdu.
Əlavə aylıq ödəniş tələb olunmurdu.
Yeni versiya çıxarsa, istifadəçi onu istəsə əlavə ödənişlə yeniləyə bilərdi.
Şirkət müəyyən müddət ərzində texniki dəstək və təhlükəsizlik yeniləmələri təqdim edirdi.
Xidmət kimi Proqram Təminatı
SaaS modelində tətbiqlər, proqram təminatı və istifadəçi tərəfindən yaradılmış fayllar bulud (Cloud) üzərində, provayderin serverlərində saxlanılır və internet vasitəsilə istifadəçiyə təqdim olunur. Bu xidmət üçün təşkilatlar müntəzəm olaraq ödəniş edirlər. Provayder isə öz növbəsində proqram təminatına razılaşdırılmış təhlükəsizlik, əlçatanlıq və performans standartlarına uyğun şəkildə çıxış imkanı yaradır. İstifadəçinin bu proqram təminatına daxil olmaq üçün yalnız internet bağlantısına ehtiyacı var.
Bu xidmətlərə nümünə olaraq Google Workspace göstərə bilərik:
Proqram təminatı və istifadəçi faylları Google-un serverlərində (buludda) saxlanılır.
Proqramlara daxil olmaq üçün istifadəçiyə yalnız internet bağlantısı və veb brauzer kifayətdir.
Təhlükəsizlik, performans və əlçatanlıq Google tərəfindən təmin edilir.
Nəticə
Proqram təminatı günümüzdə təşkilatların fəaliyyətinin ayrılmaz hissəsidir və onun təqdimetmə modeli biznesin uğuruna birbaşa təsir göstərir. SaaP (Software as a Product) modeli lokal yerləşdirmə və bir dəfəlik ödəniş ilə gələn tam mülkiyyət təcrübəsi təqdim edərkən, SaaS (Software as a Service) modeli daha çevik, miqyaslana bilən və uzaqdan giriş imkanı olan bulud əsaslı həllər təklif edir.
Hansı modelin seçiləcəyi, təşkilatın böyüklüyü, texniki resursları, təhlükəsizlik tələbləri və inkişaf planları ilə birbaşa bağlıdır. Ən əsası isə odur ki, düzgün seçilmiş proqram təminatı modeli təşkilata daha səmərəli işləmək, rəqabətə davamlı olmaq və innovasiyalara açıq qalmaq imkanı verir.
Bütün modellər üçün proqram təminatı həllərinizi Crocusoft-a əmanət etmək üçün bizimlə əlaqə saxlayın:Tez-tez verilən suallar (FAQ)
1. Proqram təminatı nə zaman "məhsul", nə zaman "xidmət" sayılır?
Əgər proqram təminatı bir dəfəlik alınaraq lokal şəkildə istifadəçiyə təqdim olunursa, bu məhsul sayılır (SaaP). Əgər proqram bulud üzərindən təqdim olunur və abunəlik əsaslıdırsa, bu artıq xidmət modelidir (SaaS).
2. SaaP və SaaS modelləri arasında əsas fərq nədir?
SaaP — Bir dəfəlik ödəniş, lokal quraşdırma, offline istifadə
SaaS — Abunəliklə istifadə, bulud əsaslı təqdimat, daimi yenilənmə və texniki dəstək
3. Kiçik bizneslər üçün hansı model daha uyğundur?
Əksər hallarda SaaS modelləri kiçik bizneslər üçün daha sərfəlidir. Çünki onlar əlavə server və texniki komanda tələb etmir, miqyaslana bilir və başlanğıc xərcləri daha aşağı olur.
4. Offline işləyən proqram təminatı mümkündürmü?
Bəli. SaaP modelindəki proqram təminatları internet bağlantısı olmadan da işləyə bilir. Məsələn, əvvəlki Adobe Photoshop versiyaları buna nümunədir.
5. SaaS təhlükəsizlik baxımından etibarlıdırmı?
Əgər xidmət təminatçısı yüksək təhlükəsizlik standartlarına əməl edirsə və məlumatlarınızı şifrələyirsə, SaaS həlləri çox vaxt yüksək təhlükəsizlik səviyyəsinə malik olur. Lakin məlumatların üçüncü tərəf serverlərdə saxlanılması bu riskləri diqqətdə saxlamağı tələb edir.