Crocusoft | Dedicated Team modeli: Proqram təminatı layihələri üçün uyğun seçimdirmi?
Proqram təminatı layihələri üçün Dedicated Team modelinə fokuslanmış komanda
Texnologiya 5 MIN READ 22.05.2023 10:58:43

Dedicated Team modeli: Proqram təminatı layihələri üçün uyğun seçimdirmi?

Bu məqalədə proqram təminatı layihələri üçün Dedicated Team (Məxsusi Komanda) modelinin nə olduğu, üstünlükləri və potensial mənfi cəhətləri barədə ətraflı məlumat verilir.

Dedicated Team modeli nədir?

Dedicated Team – müəyyən bir proqram təminatı layihəsi üçün ayrılmış və yalnız həmin layihəyə fokuslanan sabit komandadır. Bu komanda müştərini məqsədləri, texniki tələbləri və iş rejimi ilə tam uyğunlaşaraq uzunmüddətli əməkdaşlıq üçün formalaşdırılır.

Dedicated team modelində rollar

Dedicated Team daim sifarişçi ilə əlaqədə olur və proqram təminatının inkişaf prosesində şəffaflıq təmin edir. Hər mərhələdə yeniliklər paylaşılır, demo təqdimatlar keçirilir və geribildirimlər əsasında düzəlişlər edilir.

Komanda içində tipik rollar:

  • Frontend / Backend developer
  • UI/UX dizayner
  • Project Manager
  • Quality Assurance mühəndisi
  • DevOps mütəxəssisi


Dedicated team-in üstünlükləri


Tam fokus və məsuliyyət hissi

Komanda yalnız bir layihə üzərində işlədiyi üçün, daha dərindən anlayışa malik olur və məhsulun keyfiyyətinə daha çox diqqət ayırır.

Dəyişikliklərə çevik uyğunlaşma

Layihə müddətində tələblər dəyişə bilər. Dedicated Team bu dəyişikliklərə daha tez reaksiya verir və çevik adaptasiya olunur.

Davamlı kommunikasiya
Komanda sifarişçi ilə daimi əlaqədə olur, gündəlik status görüşləri, demo sessiyalar və sprint planlamaları ilə şəffaflıq təmin edilir.

Xərclərə nəzarət və resurs optimallaşdırması

Komandanın idarə olunması outsourcing tərəfdaşın öhdəsinə düşdüyü üçün daxili işə qəbul, təlim və idarəetmə xərcləri minimuma enir.

Layihənin bilik bazası qorunur
Komanda uzunmüddətli işlədiyindən sistemin daxili strukturu, texniki qərarlar və kod bazası haqqında bilik itmədən qorunur.

Dedicated team-in mənfi tərəfləri

Qısa layihələr üçün uyğun deyil

1–2 aylıq kiçik layihələrdə Dedicated Team modeli əlavə idarəetmə yükü yarada bilər və daha baha başa gələ bilər.

Tam idarəetmə tələb edir
Sifarişçi komanda ilə daimi əlaqədə olmalı və sprintləri yaxından izləməlidir. Passiv yanaşma məhsuldarlığı azalda bilər.

Əlavə koordinasiya yükü
Fərqli zaman zonalarında və ölkələrdə yerləşən komandalarla işləmək bəzən gecikmələr və yanlış anlaşmalar yarada bilər.

Hansı şirkətlərə bu model daha uyğundur?


Startaplar
Startaplar Dedicated Team modelindən istifadə edərək, tam ştat komanda qurmağa ehtiyac duymadan çevik, tam fokuslanmış texniki heyət əldə edə bilirlər.

Orta və böyük müəssisələr
Daxili İT komandanı yükləmədən və ya genişləndirmədən paralel olaraq yeni məhsullar və ya modullar yaratmaq üçün bu model idealdır.

Texniki heyəti olmayan şirkətlər
Texnologiya üzrə ixtisaslaşmamış müəssisələr üçün Dedicated Team, proqram təminatı layihəsinin sıfırdan yaradılması və idarə edilməsi üçün əla seçimdir.

Uzunmüddətli məhsul inkişafı tələb edənlər
Layiqli keyfiyyət, davamlı dəstək və miqyaslanma ehtiyacı olan məhsullar üçün bu model xüsusilə tövsiyə olunur.


Nəticə
Dedicated Team modeli proqram təminatının yaradılmasında sabitlik, fokuslanma və çeviklik təqdim edən uğurlu bir yanaşmadır. Crocusoft ona görə də böyük həcmdə olan layihələrdə müştərilərə “Dedicated” komanda qurulmasını təklif edir, istifadəçinin in-house komanda qurmadan eyni effekti almasına kömək edir. 

Əgər layihəniz strateji əhəmiyyət daşıyır və uzunmüddətli inkişaf planları mövcuddursa Crocusoft ilə əlaqəyə keçin:


Tez-tez verilən suallar (FAQ)
1. Dedicated Team modeli nə deməkdir?
Dedicated Team – yalnız bir layihəyə fokuslanan sabit və tam zamanlı texniki komandadır. Bu komanda layihənin istənilən mərhələsində sizinlə işləyir.

2. Outsourcing ilə Dedicated Team arasında fərq nədir?
Outsourcing modelində komanda konkret tapşırıqları yerinə yetirir, lakin Dedicated Team modeli uzunmüddətli, inteqrasiya olunmuş əməkdaşlıq təklif edir və layihəyə tam fokuslanır.

3. Dedicated Team modelini hansı şirkətlər seçməlidir?
Startaplar, texniki heyəti olmayan şirkətlər, böyük məhsul üzərində işləyənlər və uzunmüddətli texniki dəstəyə ehtiyac duyan müəssisələr üçün uyğundur.

4. Bu model daha çox hansı texnologiyalar üçün istifadə olunur?
Web, mobil tətbiqlər, SaaS platformaları, ERP/CRM sistemləri, bulud əsaslı həllər və avtomatlaşdırma layihələrində tez-tez tətbiq olunur.

5. Dedicated Team modelinin əsas riskləri nələrdir?
Ən əsas risklər: düzgün idarə edilmədikdə vaxt itkisi, koordinasiya problemləri və yüksək layihə xərcləri ola bilər. Amma peşəkar tərəfdaş seçimi bu riskləri azaldır.