Crocusoft | Yeni axtarış erası başlayır: Qazananlar və itirənlər kimlərdir?
AI Mode
Yeniliklər 2 MIN READ 30.05.2025 10:52:36

Yeni axtarış erası başlayır: Qazananlar və itirənlər kimlərdir?

Google-un axtarış sisteminə inteqrasiya etdiyi AI Mode funksiyası nəşriyyat və media dünyasında böyük narahatlıq yaradıb. Klassik “mavi link” dövrü başa çatır, artıq istifadəçilər məlumatı birbaşa axtarış nəticələrinin içində, süni intellektin hazırladığı xülasələr şəklində alırlar. Google-un təqdim etdiyi AI overviews funksiyası ilə bəzi nəşriyyatlar artıq ciddi klik itkisi ilə qarşılaşıblar. Nəşriyyatlar artıq 1–4% arasında baxış sayı itkisi yaşadıqlarını bildiriblər. AI Mode bir addım da irəli gedərək sorğuları alt-mövzularda parçalayır, nəticələri ümumiləşdirir və istifadəçiyə saytları ziyarət etmədən cavab verir.  

Bəs Google-un bu yeni funksiyasının qazananları və ititrənləri kimlərdir?

Qazananlar:

Google - Google-un ən böyük üstünlüyü milyardlarla istifadəçisi olan axtarış sistemini artıq AI ilə birləşdirməsidir. Bu, ChatGPT və Perplexity kimi rəqiblərə nisbətən Google-a daha çox insana çatmaq imkanı verir. AI Mode həm də reklamlarla pul qazandırır. Bu model o qədər effektivdir ki, yalnız 2025-ci ilin birinci rübündə Google axtarış reklamlarından 66.89 milyard dollar gəlir əldə edib və bu rəqəmin artacağı gözlənilir.

Reklamverənlər - AI Mode sayəsində istifadəçilər artıq suallarını daha təbii və spesifik formada verir. Bu da reklamverənlər üçün daha dəqiq hədəfləmə və yüksək dönüşüm nisbətləri deməkdir. Bu, ənənəvi axtarış modelindən fərqli olaraq daha dərin və məqsədli reklam imkanları yaradır.

Diversifikasiya etmiş nəşriyyatlar: abunəlik əsaslı modellər - Google trafikindən tam asılı olmayan, abunəlik sistemləri, bülletenlər və tətbiqlər vasitəsilə oxucu ilə birbaşa əlaqə quran nəşriyyatlar daha az narahatdır. 

Pərakəndə media şəbəkələri - “Quru dəri üçün ən yaxşı nəmləndirici” kimi axtarışlar AI Mode-da məhsul tövsiyələri və alış qərarlarını asanlaşdırır. Bu isə pərakəndə media şəbəkələrinin maraqlarına cavab verir.

Zərər görənlər:

Nəşriyyatlar - AI Mode-un ən böyük zərərçəkənləri klassik veb nəşriyyatlarıdır. Xəbərlər, reseptlər və məhsul rəyləri artıq birbaşa AI tərəfindən təqdim olunur, istifadəçi isə sayta keçid etməyə ehtiyac duymur. Google trafiki 5 il öncə 50–80% idisə, indi 20–30%-ə düşüb.


SEO agentlikləri və konsaltinq şirkətləri - Klassik SEO, açar söz və backlink üzərində qurulmuşdu. Lakin Google artıq kontekstual uyğunluq, etibarlılıqbilgi qrafikasına uyğunluq əsasında sıralama verir. Köhnə üsullarla SEO etmək artıq yetərli deyil. SEO sahəsində çalışanlar və şirkətlər öz bilik və alətlərini təzələməli, Google-un yeni AI əsaslı sisteminə uyğunlaşmalıdır. Əks halda, geri qalacaqlar.

Google-un AI Mode funksiyası ilə axtarış anlayışı tamamilə dəyişir. Klassik klik modelinin yerini birbaşa cavab və AI xülasələri alır. Rəqəmsal ekosistemdə uğurlu olmaq üçün bu dəyişikliklərə vaxtında uyğunlaşmaq əsas şərtdir:

  • Yeni nəsil SEO strategiyaları tətbiq olunmalıdır

  • Yüksək keyfiyyətli, ekspert əsaslı və etibarlı kontent hazırlanmalıdır

  • Reklam kampaniyaları AI əsaslı axtarış modelinə uyğunlaşdırılmalıdır