Crocusoft | KidFi tətbiqi
Məhsul hazırlanması 3 MIN READ 22.05.2023 11:45:53

KidFi tətbiqi

Bu gün az yaşlı uşaqlar pulun necə işlədiyini daha yaxşı bilməlidir. Bunun üçün hazırladığımız tətbiq valideyn və uşaqların xidmətindədir! 🥳


📱"KidFi" (@kidfi.co) uşaqlar üçün pulun idarəedilmə sisteminin öyrədilməsini hədəfləyən bir tətbiqdir. Tətbiq istifadəçisi məlumatlandırıcı kitablar və videolar vasitəsilə büdcə, investisiya, qazanc və digər maliyyə ilə bağlı mövzuları öyrənə və testlərdən keçib oyun valyutası qazana bilər. 


Qeyd edək ki, KidFi mobil tətbiqi 17 may 2023-cü ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və Azercell (@azercell) şirkətinin baş sponsorluğu ilə ölkəmizdə təşkil edilən "GSMA M360 EURASIA 2023" tədbirində birinci yeri qazanmışdır.