Kvantik hesablamalar nədir ?
Kvantik hesablamalar çox sayda mümkün variantlar arasından keçərək mürəkkəb problemləri həll etmə bacarığına sahib sistemdir. Klassik kompüterlər məlumatı 0 və 1-lərlə ifadə olunan bitlərlə saxladığı halda, kvantik kompüterlər qubitlərdən istifadə edir.
Daha çox kvantik hesablamalar barədə məlumat əldə etmək üçün “Kvant hesablamalarında irəliləyişlər” bloqumuza nəzər yetirə bilərsiniz.
Kvantik hesablamalar niyə yaranıb ?
Böyük həcmli məlumatların hesablanması
Kvantik kompüterlər, klassik kompüterlərdən fərqli olaraq, məlumatı qubitlər vasitəsilə emal edir. Qubitlər eyni anda həm 0, həm də 1 vəziyyətində ola bildiyi üçün, kvantik kompüterlər eyni anda çoxlu ehtimalları nəzərdən keçirmək qabiliyyətinə malikdir.
Səmərəliliyin artırılması
Məlum oldu ki, bəzi hesablama problemləri kvantik alqoritmlər vasitəsilə klassik metodlara nisbətən daha səmərəli şəkildə həll edilə bilər. Bu da nəhəng şirkətlərə resurs və vaxt qənaətində kömək edir.
İstifadə edildiyi sahələr
Bankçılıq və Maliyyə
Maliyyə sektoru kvant texnologiyasına ən erkən maraq göstərən sahələrdən biri olub. Bunun əsas səbəblərindən biri maliyyə sahəsində güclü məlumat təhlükəsizliyinin vacibliyidir. Kvant hesablama texnolgiyası vasitəsilə qiymət müəyyən edilməsi zamanı bir çox amillər eyni anda nəzərə alına bilər. JP Morgan, Barclays, Mastercard, Citi və daha bir çox qurum bu cür halları daha ətraflı mənimsəmək üçün aktiv şəkildə fəaliyyət göstərir.
Süni intellekt və maşın öyrənməsi
Kvantik hesablama süni intellekt və maşın öyrənməsi üçün xüsusi üstünlüklər təmin edir. Belə ki, klassik kompüterlər mürəkkəb alqoritmləri çətinliklə yerinə yetirərkən, kvantik kompüterlər daha səmərəli şəkildə məlumatları emal edir. Hələ ilkin mərhələlərdə də olsa, kvant neyron şəbəkələri və kvant dəstək vektor maşınları (quantum support vector machines) kimi sahələrdəki irəliləyişlər gələcək tətbiqlər üçün ümidverici istiqamətlər göstərir.
Təchizat zənciri və ehtiyatların optimallaşdırılması
Böyük şirkətlərin təchizat zənciri mürəkkəb alqoritmlər ilə işləməyi, eyni zamanda bir çox faktoru eyni anda hesablamağı tələb edir. Məhz bu səbəbdən kvantik hesablamalar gələcəkdə böyük məlumat həcmlərini təhlil edərək optimal marşrutların müəyyənləşdirilməsi, ehtiyat balanslarının tənzimlənməsi və xərclərin real vaxtda minimuma endirilməsi kimi məsələlərdə istifadə oluna bilər.
Tez-tez verilən suallar (FAQ)
Kvantik hesablamaları hər biznesə tətbiq etmək olar ?
Xeyr, Kvantik hesablamalar hələ tədqiqat və inkişaf mərhələsindədir və mövcud kvant kompüterlər çox məhduddur.
Hansı şirkətlər bu sistemdən istifadə edə bilər ?
Hal-hazırda böyük məlumat və hesablama gücünə ehtiyac duyan şirkətlər istifadə edə bilər.
Qubit nədir və necə işləyir?
Kvant kompüterlərdə qubitlər eyni anda həm 0, həm də 1 vəziyyətində ola bilir, bununla bir çox ehtimalı eyni vaxtda hesablayır.