Crocusoft | Air Arabia üçün OpsWatch necə quruldu?
OpsWatch
Yeniliklər 2 MIN READ 08.05.2025 13:31:51

Air Arabia üçün OpsWatch necə quruldu?

OpsWatch tətbiqi haqqında developer ilə texniki söhbət!

Air Arabia komandası üçün xüsusi olaraq hazırlanmış OpsWatch mobil tətbiqi artıq istifadəyə verilib və uçuş əməliyyatlarının idarə olunmasında yeni bir mərhələ başlayıb. Bu layihənin arxa planında hansı proseslərin getdiyini öyrənmək üçün biz Crocusoft komandasına suallarımızı ünvanlayırıq:

  1. OpsWatch nədir?

OpsWatch layihəsini Air Arabia şirkəti üçün hazırlamışıq. Bu şirkət Birləşmiş Ərəb Əmirliklərində yerləşir və bölgənin ən məşhur hava yolu şirkətlərindən biridir. OpsWatch mobil tətbiqi vasitəsilə hava yolu işçiləri uçuşların hansı saatda planlaşdırıldığını, baş verdiyini və ya gecikdiyini real vaxtda izləyə bilirlər. Bu sistem uçuş əməliyyatlarının idarə olunmasında şəffaflığı və effektivliyi artırır.

  1. İnkişaf mərhələsində hansı əsas çətinliklərlə qarşılaşdınız?

Layihənin inkişafı zamanı əsas çətinliklərdən biri real vaxt məlumat axınını təmin etmək oldu. Uçuş məlumatları tez-tez dəyişdiyi üçün məlumatların güncəlliyini qorumaq və istifadəçilərə gecikmədən çatdırmaq vacib idi. Bundan əlavə, fərqli hava limanlarının sistemləri ilə inteqrasiya, zaman zonalarının idarə olunması və həm iOS, həm də Android platformalarında eyni performansı saxlamaq texniki baxımdan müəyyən çətinliklər yaratdı.

  1. OpsWatch hansı texnologiyalarla qurulub?

OpsWatch tətbiqinin hazırlanmasında komandamız React NativeTypeScript texnologiyalarından istifadə etmişdir. React Native bizə eyni kod bazası ilə həm iOS, həm də Android platformaları üçün tətbiq hazırlamağa imkan verir. TypeScript isə kodun sabitliyini artırır, səhvlərin qarşısını erkən mərhələdə almağa kömək edir və daha oxunaqlı inkişaf mühiti təmin edir.

  1. OpsWatch-ı fərqləndirən nədir?

OpsWatch layihəsi öz sahəsində unikal bir həll təqdim edir. Uçuşlarla bağlı məlumatlar vizual cədvəllər, real vaxt qrafiklərikateqoriyalara bölünmüş baxışlarla təqdim olunur. Bu yanaşma istifadəçilərə operativ qərarvermə, operativ uçuş izləməresursların optimallaşdırılması imkanlarını yaradır. Araşdırmamıza görə bu tip funksionallıq eyni anda digər oxşar tətbiqlərdə rast gəlinmir və məhz bu xüsusiyyət OpsWatch-ı fərqləndirir.



OpsWatch tətbiqi, Air Arabia şirkətinin uçuş əməliyyatlarını daha şəffaf, sürətli və effektiv şəkildə idarə etməyə imkan verir. Bu tətbiqin təqdim etdiyi unikal vizual və operativ funksionallıq, onu bazarda digər tətbiqlərdən fərqləndirir və istifadəçilərə yüksək səviyyədə idarəetmə imkanı verir.