Sürətlə inkişaf edən texnologiyalar, xüsusilə də süni intellekt oyun dünyasında da köklü dəyişikliklər etməyə hazırlaşır.
Oyun texnologiyası oyun inkişafının bütün mərhələlərində istifadə olunan, xüsusi olaraq oyun yaratmaq üçün hazırlanmış həllər toplusudur. Müasir dövrdə oyunlar artıq sadəcə əyləncə vasitəsi deyil, həm də yüksək texnologiya, innovasiya və qlobal miqyasda istifadəçi cəlbi ilə seçilən güclü və dinamik bir sahəyə çevrilib. Bu nöqtədə bir sual ortaya çıxır:
2025-ci ildə dominant olacaq oyun texnologiyaları hansılardır?
Süni İntellekt (AI) - AI ilə oyunlar daha ağıllı və istifadəçiyə uyğunlaşdırılmış hekayə xəttində olacaq. Qeyri-real personajların davranışları, və hətta hekayənin gedişi belə AI ilə fərdiləşdirilə bilər. Bu texnologiya istifadəçilərə individual yanaşma təqdim edir, eyni zamanda oyunları daha interaktiv və maraqlı edir.
Jestlə idarəetmə - Intel RealSense 3D kameraları ilə istifadəçinin əllərinin 22 nöqtəsini izləyərək jestlərlə idarəetməni mümkün edir. Bu texnologiya VR və idman oyunlarında inqilabi dəyişikliklərə səbəb ola bilər.
Üz tanıma - 78-dən çox üz nöqtəsini skan edən kameralarla oyunçunun emosiyaları və mimikaları oyunda öz əksini tapır.
Səs tanıma - Səsli əmrlərlə oyun idarəsi Alexa və Google Assistant kimi sistemlərlə mümkün olur. Bu, həm görmə qüsurlu istifadəçilər üçün, həm də daha sürətli naviqasiya istəyən oyunçular üçün idealdır. Gələcək bizə daha inklüziv və hərtərəfli təcrübə təqdim edir.
Qrafik texnologiyaları - 2025-ci ildən artıq oyun yaradıcıları daha ifadəli və real qrafik dizayna fokuslanacaq. Çünki, artıq istifadəçilər vizual cəhətdən daha fərqli və onları oyunda saxlayacaq qrafiklər görmək istəyir.
Bulud əsaslı oyunlar - Bu oyunları cihazlara yükləmədən oynamaq mümkün olur. Google Stadia, GeForce NOW kimi platformalar artıq bu sahədə liderdir. Cloud gaming bazarının 2023-cü ildə 244 milyon dollar olduğu və 2030-cu ilə qədər 21,9 milyard dollara çatacağı gözlənilir. Bulud oyunlarının üstünlükləri ondan ibarətdir ki, istifadəçilərin bahalı cihazlara ehtiyacı olmur, müxtəlif platformalar arasında uyğunluq təmin edilir, oyunlara dərhal yeniləmələr tətbiq oluna bilir və GaaS (Games as a Service) modeli sayəsində şirkətlər üçün davamlı gəlir imkanı yaranır.
AR, VR və Metaverse texnologiyaları - Artırılmış reallıq (AR) və virtual reallıq (VR) ilə oyunçular artıq oyun dünyasına birbaşa daxil ola bilirlər. Bu texnologiyalar 2025-ci ildən etibarən daha geniş yayılacaq və mobil cihazlar üçün uyğun versiyalar da çıxacaq.
Oyun sənayesi sürətlə inkişaf edir. AI, AR/VR, bulud texnologiyaları və jest/səs tanıma kimi texnologiyalar bu dəyişikliklərin əsasını təşkil edir. Bu trendləri sadəcə izləmək kifayət deyil, eyni zamanda onları düzgün tətbiq etmək və istifadəçi yönümlü məhsullar yaratmaq əsas hədəf olmalıdır. Çünki bu sahədə mühüm yeniliklər və sürətli inkişaflar gözlənilir. İstər ilk mobil oyun ideyanızı həyata keçirmək, istərsə də böyük miqyaslı oyun layihənizi inkişaf etdirmək istəyirsinizsə peşəkar komandamız sizin yanınızdadır. Siz də oyun və texnologiya sahəsində innovativ məhsul yaratmaq istəyirsinizsə, Crocusoft ilə əlaqə saxlayın.