PHP nədir ?
PHP, Rasmus Lerdorf tərəfindən 1994-də yaradılmış açıq mənbəli proqramlaşdırma dilidir. PHP — "PHP: Hypertext Preprocessor" deməkdir. Buradakı "PHP" əvvəllər "Personal Home Page" (Şəxsi Ana Səhifə) kimi tanınırdı. Dilin inkişafı ilə birlikdə bu açılım dəyişdirilərək daha funksional bir mənaya çevrilmişdir.
PHP nə işə yarayır ?
PHP proqramçıların əksər ehtiyaclarını qarşılaya bilər. Amma əsas etdiyi işlər bunlardır:
E-ticarət saytları hazırlamaq:
Məhsul kataloqu, səbət, ödəniş sistemi və s.
API və server əməliyyatları yazmaq:
PHP ilə REST API və ya server arxa hissə (backend) funksionallığı hazırlamaq mümkündür.
Kontent bazalı vebsaytlar:
Bloq tipli, daha çox məlumat xarakterli vebsaytlar üçün hələ də aktualdır.
PHP-nin üstünlükləri
PHP yarandıqdan bu yana onun 8 versiyası mövcud olmuşdur. Son versiyanın təqdim etdiyi əsas üstünlüklər bunlardır:
Platformalararası işləyə bilir
Açıq mənbəlidir
HTML ilə mükəmməl işləyir
Zəngin alət dəstəyi var
Yüksək sürət təmin edir
PHP istifadə edən məşhur şirkətlər
PHP-nin uzun müddət əvvəl istifadə verilməsinə baxmayaraq o hələ də bəzi şirkətlər üçün əsas proqram dilidir:
Facebook, HipHop Virtual Machine (HHVM) texnologiyasına ola bildiyincə böyük sərmayələr qoyaraq PHP-nin performansını gücləndirir. Bunun nəticəsində PHP böyük sosial ekosistemi idarə edə bilir.
Zoom və Slack kimi şirkətlər də PHP-ni infrastrukturun bəzi hissələrində — xüsusilə daxili alətlər, və xidmətlərin əlaqələndirilməsi (orchestration) üçün istifadə edirlər. Bu sahələrdə sürətli backend inkişafı və problemsiz inteqrasiya vacibdir ki, PHP bunu təmin edir.
Digər tərəfdən isə Wikipedia kimi hamının dilində əzbər olan vebsayt MediaWiki adlanan PHP sistemini istifadə edir. Bu sistem ona gündə milyonlarla istifadəçi gətirir.
Bəs niyə PHP artıq Fintech şirkətlər tərəfindən istifadə olunmur ?
JavaScript ekosistemlərinə keçid
Artıq proqramçılar tam inteqrasiya olunmuş JavaScript texnologiyası işlədir. Çünki, bu texnologiya arxa və ön tərəf proqramlaşdırma arasındakı sərhədləri aradan qaldıraraq, miqyaslana bilmə, real-time yenilənmələr funksiyalarını təqdim edir.
Cloud-Native və konteynerləşdirilmiş sistemlərə tələb
Fintech infrastrukturu bu gün cloud-first yanaşması və Docker, Kubernetes sistemləri üzərində qurulur. PHP konteynerdə işləyə bilər, lakin cloud-native mikroxidmətlərin yaradılması üçün ideal namizəd deyil.
PHP-nin AI, ML və Blockchain sahəsində məhdud istifadəsi
Artıq bütün texnologiyalardan AI ilə inteqrasiya tələb olunur. Çünki Fintech sahəsi AI ilə rəqəmsallaşmış chatbot-lar, proqnozlaşdırıcı analitika və blockchain əsaslı əməliyyat qatları tələb edir. Amma, PHP bu sürətlə inkişaf edən sahələrdə lazımi alətlərə və güclü icma dəstəyinə malik deyil.
Nəticə
Müasir Fintech şirkətləri artıq PHP təmin etdiyi imkanlardan daha çoxunu istifadə edir. Amma deyə bilmərikki, PHP artıq məşhur deyil, tam tərsi o aktiv olduğu sahələr daxilində inkişaf etməyə davam edir.
Nəticə olaraq, PHP bir çox sahələrdə - kontent bazalı vebsaytlarda, CMS əsaslı sistemlərdə - hələ də öz dominantlığını qoruyur. Və onun yeni versiyalarında bu sahələr üzrə daha çox inkişaf gözlənilir. Lakin fintech sahəsində, harada ki performans, real-time məlumat emalı və müasir arxitektura əsasdır, biz daha inkişaf etmiş və miqyaslana bilən texnologiyalara üstünlük veririk.