Proqram təminatının inkişafında davamlı, miqyaslana bilən və dayanıqlı kod yazmaq uzunmüddətli uğur üçün vacibdir. SOLID prinsipləri proqram mühəndislərinə effektiv obyekt yönlü proqram təminatı dizayn etməyə kömək edən beş əsas qaydadır. Bu prinsiplər sabit və effektiv proqram arxitekturası qurmağa, kodun çevikliyini artırmağa və səhvlərin qarşısını almağa kömək edir.
1. Single Responsibility Principle (SRP) (Tək məsuliyyət prinsipi)
SRP prinsipinə əsasən bir sinif yalnız bir funksiyanı yerinə yetirməlidir və yalnız bir səbəbə görə dəyişdirilməlidir. Məsələn, SRP-nin pozulması, eyni sinifin həm istifadəçi autentifikasiyasını, həm də verilənlər bazası əməliyyatlarını idarə etməsi kodun həddindən artıq yüklənməsinə səbəb olur. SRP-yə uyğunluq isə autentifikasiya və verilənlər bazası əməliyyatlarını ayrı siniflərə bölmək, kodun daha sadə və asan idarə olunan olmasını təmin edir.
2. Open/Closed Principle (OCP) (Açıq qapalı prinsip)
OCP prinsipinə əsasən proqram modulları genişləndirilə bilər, lakin dəyişdirilməməlidir. Başqa sözlə, mövcud kod dəyişdirilmədən yeni funksiyalar əlavə olunmalıdır. OCP səhvləri azaldır, mövcud kod dəyişdirilmədiyi üçün yeni problemlər yaranmır. Eyni zamanda yenidən istifadə edilə bilən və genişlənə bilən dizaynları təşviq edir.
3. Liskov Substitution Principle (LSP) (Liskovun əvəzetmə prinsipi)
LSP prinsipinə əsasən bir ana sinifin obyekti onun alt sinifləri ilə əvəz oluna bilməlidir, bu zaman sistemin düzgün işləməsi pozulmamalıdır. Ana sinifin funksiyaları dəyişmədən alt siniflərə tətbiq oluna bildiyi üçün kodun təkrar istifadəsini artırır. Eyni zamanda siniflər arasındakı əlaqələr daha stabil olur.
4. Interface Segregation Principle (ISP) (İnterfeys ayırma prinsipi)
ISP prinsipinə əsasən siniflər istifadə etmədikləri metodları özündə saxlayan interfeyslərdən asılı olmamalıdır. Bir interfeysdə çox sayda əlaqəsiz metodun olması, ISP prinsipinə ziddir. Hər bir funksionallıq üçün ayrıca və spesifik interfeyslər yaradılmalıdır. Burada əsas məqsədiniz böyük interfeyslərdən qaçınmaq və bir çox kiçik, müştəriyə xas interfeyslərə üstünlük verməkdir. Bir ümumi interfeys yerinə bir neçə müştəriyə xas interfeysləri seçməli və hər bir interfeysin öz xüsusi məsuliyyəti olmalıdır.
5. Dependency Inversion Principle (DIP) (Asılılığın inversiyası prinsipi)
DIP prinsipinə əsasən yüksək səviyyəli modullar aşağı səviyyəli modullardan asılı olmamalıdır. Hər ikisi abstraksiyalardan asılı olmalıdır. Həmçinin, abstraksiyalar detallardan asılı olmamalıdır, detallar abstraksiyalardan asılı olmalıdır. Bu, implementasiyaların digər kod hissələrini təsir etmədən dəyişdirilməsini asanlaşdırır. Bu, proqramçılara versiya nəzarətinin təfərrüatlarını başa düşmədən kod yazmağa imkan verir.
SOLID prinsipləri niyə önəmlidir?
SOLID prinsipləri obyekt yönümlü sistemlər qurmaq üçün güclü bir əsas təmin edir, bu da zamanla anlaşılan, dəyişdirilən və genişləndirilən proqram təminatı yaratmağa kömək edir. Bu prinsipləri izləyərək proqramçılar güclü və genişlənə bilən proqram təminatı yarada bilər ki, bu da gələcəkdə edilən dəyişikliklərə daha yaxşı uyğunlaşır. Həmçinin, SOLID prinsipləri başlanğıcda obyekt yönümlü dizayn üçün nəzərdə tutulmuş olsa da bu prinsiplərin əsas ideyaları müxtəlif proqramlaşdırma yanaşmalarına da tətbiq oluna bilər. Bununla yanaşı, proqramçılar SOLID prinsiplərini tətbiq edərkən layihənin xüsusi konteksini və tələblərini nəzərə almalıdır. Bu prinsipləri qəbul edən proqramçılar proqram təminatı sistemlərini dəyişən tələblərə və texnologiyalara uyğunlaşdırmaqda daha bacarıqlı olurlar, nəticədə isə məhsuldarlıq artır.