Crocusoft | Süni intellekti biznesinizə həqiqətən düzgün inteqrasiya edirsinizmi?
süni intellekt arxetipi
Texnologiya 2 MIN READ 16.05.2025 11:47:14

Süni intellekti biznesinizə həqiqətən düzgün inteqrasiya edirsinizmi?

Süni intellekt texnologiyaları bütün sahələrdə sürətlə yayıldıqca, şirkətlər onu məhsullarına, əməliyyatlarına və strategiyalarına inteqrasiya etməyə çalışır. 

Lakin bütün şirkətlər süni intellektdən eyni şəkildə istifadə etmir. Məsələn, texnoloji startap sıfırdan model qura biləcək birinə ehtiyac duyarkən, pərakəndə satış şirkəti isə müştəri məlumatlarını optimallaşdıracaq mütəxəssisə ehtiyac duya bilər. Bəs bunları idarə edəcək lider hansı AI biliklərinə sahib olmalıdır ? Bu məqsədlərin hər biri fərqli bacarıqlar, rəhbərlik tərzi və strateji yanaşma tələb edir, məhz bu nöqtədə AI lider arxetipləri önə çıxır. Ümumilikdə beş əsas AI lider arxetipi müəyyən edilmişdir.

Tədqiqat yönümlü AI lideri - Bu lider süni intellekt sahəsində elmi araşdırmalara və model inkişafına fokuslanır. Çox zaman böyük komandaları idarə etməkdənsə, texniki baxımdan dərin biliklərə sahib fərdi icraçı roluna malik olur. Bu lider tipi yeni texnologiyalar və məhsullar üzərində çalışan startaplar və böyük şirkətlərin tədqiqat komandalarında daha effektiv olur.

Data elmi yönümlü lider – Bu lider məlumatlardan kommersiya məqsədi ilə istifadə edən şəxslərdir. Onlar müştəri təcrübəsini yaxşılaşdırmaq, məhsul inkişafını dəstəkləmək və marketinq strategiyalarını optimallaşdırmaq üçün analitik yanaşma irəli sürürlər. Böyümə mərhələsində olan və data əsasında qərar verərək inkişaf etmək istəyən şirkətlər üçün bu tip lider daha uyğundur.

Üfüqi mühəndislik lideri - Bu arxetip təşkilatın bütün bölmələrini birləşdirərək data platformaları yaradan liderdir. Onlar çoxsaylı şöbələri birləşdirən məlumat infrastrukturunu quraraq vahid data strategiyası tətbiq edir. Mürəkkəb strukturçoxsaylı satınalmalar keçirmiş böyük şirkətlər üçün uyğundur.

Kommersiya yönümlü AI mühəndislik meneceri -  Bu lider tez nəticə tələb edən mühitlər üçün uyğundur. O, sürətli prototiplər hazırlayaraq bazara çıxarılacaq məhsulları sınaqdan keçirir və uğurlu olarsa miqyaslandırır. Mövcud məhsul portfeli olan və tez nəticə əldə etmək istəyən şirkətlər üçün əla seçimdir.

AI məhsul strategiya rəhbəri - Bu lider AI təşəbbüslərinin şirkətin ümumi strategiyasına uyğun olmasını təmin edir. Texniki baxımdan dərin bilikləri olmasa da, vizyon, bazar anlayışı və yüksək səviyyəli rəhbərlərlə işləmək bacarığı ilə seçilir. Süni intellekti dəstəkləyici vasitə kimi istifadə edən və gələcəyə dair uzunmüddətli planlar quran böyük təşkilatlara daha uyğun seçimdir.

Doğru AI liderini necə seçməli?

AI lideri seçerkən bu sualları özünüzə verməlisiniz: Texnologiya əsas biznesimizdir, yoxsa dəstəkləyici vasitə? Mövcud prosesləri optimallaşdırmaq istəyirik, yoxsa tamamilə yeni AI məhsulları yaratmaq? Uğurlu süni intellekt tətbiqi üçün yalnız texnoloji biliklər kifayət etmir, düzgün liderlik yanaşması da önəmlidir. Bir şirkətdə uğur qazanan AI yanaşması, digər bir təşkilatda eyni nəticəni verməyə bilər. Məhz buna görə, rəhbər seçiminizdən əvvəl biznes məqsədlərinizi dəqiq təhlil etməyiniz vacibdir. 

Crocusoft olaraq inanırıq ki, təşkilatın məqsədlərinə və inkişaf mərhələsinə uyğun fərdi yanaşma böyük əhəmiyyət kəsb edir. Gəlin birlikdə gələcəyin texnologiyalarını sizin təşkilatınıza gətirək!