Crocusoft | Veb proqramlaşdırmanın mərhələləri: 7 əsas addım
a man programming on his notebook while there is a screen behind him
Bloqlar 4 MIN READ 12.08.2021 18:05:30

Veb proqramlaşdırmanın mərhələləri: 7 əsas addım

Veb sayt müştərilərinizə və istifadəçilərinizə fəaliyyətiniz haqqında məlumat verməyin ən səmərəli, operativ və asan yoludur. Bu blogda sizin vebsaytınızın hansı mərhələlərlə hazırlanacağını Crocusoft Veb Komandasının təcrübəsindən bölüşəcəyik.

Əgər sahə üzrə biliyiniz yoxdursa  development dedikdə ağlınıza çoxlu kodlar, mürəkkəb sətirlər gəlir. Lakin bu prosses kodlardan və anlaşılmayan simvollardan daha artığıdır.

Ümumilikdə veb proqramlaşdırma dünya təcrübəsində 5-8 mərhələni əhatə edən bir prossesdir.

Bizim təcrübəmizdə vebsayt hazırlanmasının əsas mərhələləri aşağıdakılardır:

  1.  1.Məlumat toplanması

  2. 2. Planlaşdırma

  3. 3. UI/UX dizayn

  4. 4. Front-End

  5. 5. Back End

  6. 6. Yekun yoxlama və təhvil

  7. 7. Texniki dəstək

 

Mərhələ 1: Məlumat toplanması; Hədəf kütləsi, Məqsəd, Fayda 

Bu mərhələ-məlumatın alınıb araşdırılması növbəti mərhələlərin necə olcacağını müəyyən edir. Əsas məsələ vebsaytın xidmət edəcəyi sahənin, əldə olunması gözlənilən faydanın, veb sayta cəlb olunması gözləninlən hədəf kütləsinin müəyyən edilməsidir. Bu tip məlumatlar proyektin sonraki idarə olunma üsulunu seçməyə də kömək edir .

Xəbər portalı və əyləncə saytları, gənclər üçün məlumat resursları ilə alış veriş məqsədli saytlar fərqli funsionallıqlara sahib olur. Beləliklə də əldə olunan ilkin məlumatlar tələb olunan  funksionallıqları yaratmaq üçün müvafiq resursları aydın şəkildə müəyyən edərək sonradan ediləcək dəyişikliklərdən qaçmağa və zamana qənaət etməyə kömək edir.

Proyektin təhvil veriləcəyi vaxt və qiymət təklifini məhz bu məlumatllara əsasən söyləmək olar.

Mərhələ 2. planlaşdırma,sayt xəritəsi çıxarılması 

Veb programlaşdırmanın bu mərhələsində əldə olunan məlumatlar programçıda sayt haqqında ilkin təsəvvür formalaşır. Saytın sahib olacağı kateqoriyalar, səhifələr və ya bölmələrin xəritsəi hazırlanır. Bu xəritə müştəriyə ayrı ayrı səhifələr arasındakı əlaqəni, onların bir-birini hansı ardıcıllıqla izləyəcəyini göstərir. Sayt xəritəsini daha yaxşı başa düşmək üçün www.crocusoft.com adresimizin xəritəsinə nəzər salaq.

Sitemap-dan əlavə olraq, planlaşdırma zamanı növbəti addım olan Dizayna keçid almazdan əvvəl saytda yer alacaq funsionallıqların səhifədə necə yerləşdiriləcəyi və ayrı-ayrı butonların ilkin təsəvvürünü yaratmaq üçün “mock up” və ya “wireframe”  versiya yığılır. Bu versiyada heç bir dizayn işi yoxdur, tamamilə rəngsiz ola bilər. Misal olaraq Moqups proqramı istifadə olunaraq hazırlanmış aşağıdakı şəkili göstərmək olar.

Mərhələ 3: UI/UX dizayn

Proqramlaşdırmanın bu mərhələsində sayt formasını almağa başlayır. Veb saytda istifadə olunacaq videolar, şəkillər və fotolar kimi vizual kontent hazırlanır.

 Yenə də əldə olunmuş ilkin məlumatın nəzərə alınamsı çox vacibdir. Müxtəlif hədəf kütləsi və məqsədlər üçün fərqli dizayn elementləri istifadə oluna bilər. Bütün bu elementlər saytın tərtibatını təşkil edir.

UX-user experience istifadə olunacaq dizayn elementlərinin necə yerləşdirilməsi ilə bağlıdır.

Uİ-User Interface isə vizual kontentin birbaşa rəngi, forması, ölçüləri kimi müxtəlif xüsusiyyətlətin dizayn edilməsidir.

Qeyd edək ki bütün dizayn işləri heç bir hazır forma (wordpress və s.) istifadə olunmadan professional dizaynerlər tərəfindən proyektin məzmununa uyğun olaraq xüsusi formada həyata keçirilir.

Tərtibat dizayner işinin nəticəsidir. Dizayn edilmiş tərtibat müştəri ilə muüzakirə olunur. İlkin baxış zamanı müştəri hər hansı dizayn elementindən narazı qalarsa tam razılıq əldə olunana qədər müvafiq dəyişikliklər olunur.

Mərhələ 4: Front-End

Programlaşdırmanın  bu pilləsinə qədər görülən işlər progrmlaşdırmaya “hazırlıq” xarakteri  daşıyır. Hələ ki sayt mövcud deyildir. Front-endin işlənməyə başlanması saytın özünün formalaşmağa başladığı ilkin mərhələdir. Dizaynın son versiyası front-endə tətbiq edilməyə başlayır. Hazırlanan tərtibat ünsürlərinin funksionallığı və ya responsivliyi təmin edilir. Artıq “brief”-də qeyd olunan və razılaşdırılan bütün elementlər görünüş olaraq mövcuddur. Əgər saytınız yalnız məlumat xarakteri daşıyacaqsa və heç bir reponsiv xüsusiyyətə malik deyilsə Back-end proqramlaşdırma olmadan yekun yoxlama təhvil işlərinə keçid almaq olar. Lakin front enddə “qeydiyyatdan keç”, “bəyən”, “rəy bildir” tipli butonlar olacaqsa əsas kodların saytın back hissəsində yazılması vacibir.

Mərhələ 5 : Back-end kodlaşma mərhələsi

Qeyd edildiyi kimi saytın bütün funksionallıqlarının əsasını back end kodları təşkil edir. Buna əsasən demək olar ki proqramlaşdırma şirkətləri veb development üzrə vakansiya elan etdikdə, müraciətçilərin əvvəlki proyektlərdə yazdığı kodlardan misal göstərməyini vacib hesab edirlər.

Back-end mərhələsində görülən işlərdən biri Optimal Arxitekturanın qurulmasıdır.

Nəzərdə tutulan bütün funsiyaların interaktivliyinin təmin edilməsi də görülən vacib işlərdəndir. Artıq saytınız arzuladığınız düymələr işlək vəziyyətə gətirilir.

Bu mərhələdə saytın funsionallıqlarına müvafiq Məzmun Menecmenti Vəsaiti yaradılır. MMV vasitəsilə saytın kontentinə istənilən vaxt dəyişiklik etmək mümkündür.

 Axtarış Motoru Vasitələrinin (Search Engine Optimization ) qoşulması- veb sayta daxil olma sayı, müştəri davranışının qeydə alınması kimi mühüm göstəricilərin ölçülməsi üçün istifadə olunan vasitələrdir. Bu vasitələrə qoşulmaq üçün saytın kod bölməsində müvafiq linklər yerləşdirilir.

 

Mərhələ 6: Yoxlama →Təhvil →Buraxılma

Vebsayt tam funskional səviyyəyə çatdıqdan sonra həm şirkət əməkdaşları həm də müştəri tərəfindən yoxlanılır. Yaranan çatışmazlıqlar və uyğunsuzluqlar tam aradan qaldırılır. Yekun yoxlamadan sonra proyekt təhvil verilir və bitmiş hesab olunur

 

Mərhələ 7: Texniki dəstək

Hər bir proyekt buraxıldıqdan sonra texniki qüsurların yaranması mümkündür. Bu qüsurlar müştəri  istifadəsi, həddindən artıq yüklənmə və ya əvvəlcədən nəzərə alınmayan hər hansısa hal ucbatından ola bilər. Buna görə də məhsul istifadəyə verildikdən sonrakI 3 ay ərzidə yarana biləcək hər hansı texniki problemin həll edilməsi pulsuz şəkildə komandamız tərəfindən təmin olunur.

Veb sayt təhvil verildikdən sonra struktur dəyişiklik və ya kiçik yeniliklər planlanarsa, bu yenilik üçün tələb olunan resurs və vaxt nəzərə alınaraq müştəri ilə razılaşma əldə olunduqdan sonra çevik və professional formada təhvil verilir.