Crocusoft | Mobil tətbiq və ya veb tətbiq – biznesiniz üçün ən yaxşı seçim hansıdır?
mobile app or web app
Biznes 2 MIN READ 22.05.2025 10:56:05

Mobil tətbiq və ya veb tətbiq – biznesiniz üçün ən yaxşı seçim hansıdır?

Əslində əsas fərq odurki, veb tətbiqə brauzer vasitəsilə giriş olunur, amma mobil tətbiq birbaşa smartfona yüklənir.


Ən çox bilinən yanlışlardan biri veb tətbiqin vebsayt ilə eyni hesab edilməsidir. Vebsayt – istifadəçiyə sadəcə məzmun təqdim edən və qarşılıqlı əlaqə üçün nəzərdə tutulmayan platformadır. Vebsaytların məqsədi statik məzmunun göstərilməsidir məsələn, portfellər, brendlərin rəsmi saytları və s. Veb tətbiq isə istifadəçi ilə proqram arasında qarşılıqlı əlaqə üçün nəzərdə tutulur. Bunu daha aydın izah etmək üçün, sosial media platforması olan Instagram nümunəsini götürək. Adətən Instagramda nə edirsiniz? Fərqli paylaşımlara və videolara baxır, gününüzü paylaşır, dostlarınıza mesaj yazırsınız və s. Bu fəaliyyətlər sizin veb tətbiqlə qarşılıqlı əlaqənizdir. Məhz bu, vebsaytla veb tətbiq arasındakı əsas fərqdir.

Nəzəri baxımdan, mobil tətbiq isə mobil cihazlarda işləmək üçün nəzərdə tutulmuş proqram təminatıdır və müxtəlif xidmətlərin göstərilməsi məqsədilə hazırlanır. Mobil tətbiq ilə veb tətbiq müqayisə edildikdə, aralarında ciddi fərq yoxdur. Hər ikisinin rolu oxşardır: istifadəçiyə məzmun təqdim etmək, sorğularına uyğunlaşdırılmış cavablar göstərmək və rahat, fasiləsiz baxış təcrübəsi təmin etmək.

Bəs hansı şəraitlərdə biri digərindən daha məqsədəuyğundur ?

Mobil tətbiq seçin, əgər:

  • Hədəf auditoriyanız əsasən smartfon istifadəçiləridirsə

  • Kamera, GPS, mikrofon kimi cihaz funksiyalarından istifadə vacibdirsə

  • Abunəlik və ya daxili alışlar ilə gəlir modeli qurmaq istəyirsinizsə

  • İstifadəçilərin şəbəkəsiz rejimdə tətbiqdən istifadə etməsini istəyirsinizsə

    Əgər mobil tətbiq texnologiyaları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, "Mobil tətbiq hazırlayarkən seçilən texnologiyalar" bloqumuz sizə texniki baxış təqdim edəcək.


Veb tətbiq seçin, əgər:

  • Daha sərfəli hazırlanma və texniki xidmət axtarırsınızsa

  • Tətbiqinizi axtarış sistemlərində tapılmasını və brendin onlayn görünürlüğünü artırmaq istəyirsinizsə

  • Yeniləmələri istifadəçilərə əlavə yükləmə olmadan birbaşa server üzərindən tətbiq etmək istəyirsinizsə

  • Daha geniş auditoriyaya çatmaq əsas məqsədinizdirsə


    Əgər veb tətbiqlərin gələcək trendlərini və texnoloji inkişafları araşdırmaq istəyirsinizsə, "2025-ci ildə veb inkişaf trendləri" bloqumuzu mütləq oxuyun.


Mobil və veb tətbiqlər istifadəçiyə yüksək səviyyədə xidmət təcrübəsi təqdim edir. Hər iki tətbiq növü fərqli texnologiyalar tələb etsə də, Crocusoft bu texnologiyaları tətbiq edərək, bizneslər üçün ən optimal və funksional həllər təqdim edir. Bizimlə əlaqə saxlayın və layihəniz üçün ən uyğun həlli birlikdə müəyyənləşdirək!