Crocusoft | Crocusoftun Paşa Holdinq əməkdaşlarının rifahı üçün təqdim etdiyi innovativ həll
Paşa Holdinq şirkəti  üçün “DəyərliSən” mobil tətbiqi
Yeniliklər 2 MIN READ 20.05.2025 08:07:23

Crocusoftun Paşa Holdinq əməkdaşlarının rifahı üçün təqdim etdiyi innovativ həll

Hal-hazırda Paşa Holdinq şirkəti “DəyərliSən” mobil tətbiqi vasitəsilə əməkdaşlarına endirim və imtiyazlar təklif edir.


Paşa Holdinq öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır. Holdinq fəaliyyətə başladığı 2006-cı ildən etibarən öz biznesini effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Holdinqdə iki növ investisiya portfeli mövcuddur: PAŞA Holdinq və törəmə şirkətlərində (PAŞA Qrup) səhmlərin nəzarət payı və kiçik özəl kapital investisiyaları.

PAŞA Holdinq daim əməkdaşlarını ön planda tutur və onların rifahını əsas dəyərlərindən biri hesab edir. Əməkdaşların rahatlığı və motivasiyası şirkət üçün böyük əhəmiyyət kəsb edir. 

Bu yanaşmanın nəticəsi olaraq, PAŞA Holdinq əməkdaşlarının büdcələrinə qənaət edərək daha rahat istirahət edə bilmələri üçün Crocusoft tərəfindən təqdim olunan innovativ həllə “DəyərliSən” tətbiqinə üz tutmuşdur.

“DəyərliSən”, “PAŞA Holdinq” MMC əməkdaşları üçün nəzərdə tutulmuş daxili loyallıq mobil tətbiqidir. Bu tətbiq vasitəsilə əməkdaşlar rəqəmsal loyallıq kartından istifadə edərək müxtəlif məkanlarda xüsusi imtiyazlardan yararlana bilirlər.

“DəyərliSən” layihəsinin əsas funksionallıqları bunlardır:

  1. Əməkdaşlara təqdim edilən endirimlərdən istifadə etmək

  2. Mövcud üstünlükləri izləmək

  3. Əməkdaşlara özəl kampaniyaları görmək və onlardan yararlanmaq

Beləliklə, “DəyərliSən” tətbiqi Paşa Holdinq əməkdaşlarına əvəzsiz təcrübə təqdim etməklə yanaşı, onların şirkətə qarşı olan loyallığını da artırır.