Bu məqalə proqram təminatının yaradılması prosesində hansı əsas mərhələlərin olduğunu və hər bir mərhələnin uğurlu proqram təminatı üçün nə qədər önəmli olduğunu izah edir.
Proqram təminatı nədir və niyə əsaslı yanaşma vacibdir?
Proqram təminatı – kompüter sistemlərinə təlimatlar verən kodlaşdırılmış sistemlər toplusudur. Bu təminatlar vasitəsilə həm istifadəçi, həm də təşkilatlar gündəlik fəaliyyətlərini avtomatlaşdıra və rəqəmsal transformasiyaya uyğunlaşa bilir. Lakin funksional və sabit proqram təminatının yaradılması üçün sistemli yanaşma – yəni mərhələ əsaslı inkişaf prosesi vacibdir.
Niyə proqram təminatı mərhələləri vacibdir ?
Bu mərhələlər layihənin vaxtında tamamlanmasını, həm də texniki risklərin öncədən idarə olunmasını təmin edir. Çünki bir çox proqram təminatı layihələri böyük miqyaslı olur və bütün tələbləri ödəmək olduqca çətinləşir. Proqram təminatı mərhələləri layihələrə sistemli yanaşmanı və hər səviyyədə düzgün idarəni təmin etdiyi üçün hər bir proqram təminatı şirkəti və müştəri üçün vacibdir.
Proqram təminatı mərhələlərinin üstünlükləri:
İnkişaf prosesinin daha şəffaf olması
Effektiv təxmin, planlaşdırma və cədvəlləşdirmə
Xərclərin daha dəqiq qiymətləndirilməsi
Müştəri məmnuniyyətinin artırılması
Proqram təminatı mərhələri
Bu mərhələlər şirkət və proqramçılar üçün ideal bir bələdçi rolunu oynamaqla bərabər, hər komanda üçün bəzi addımlar fərqli ola bilər.
Proqram təminatı yaratmanın ilk və bəlkə də ən kritik mərhələsi tələblərin düzgün toplanmasıdır. Bu mərhələdə layihənin məqsədləri, istifadəçi ehtiyacları, biznes tələbləri və texniki gözləntilər toplanır və sənədləşdirilir.
Əsas fəaliyyətlər:
Müştəri və maraqlı tərəflərlə görüşlər
Tələblərin yazılı şəkildə formalaşdırılması
İstifadəçi ssenarilərinin (user scenarios) yaradılması
Texniki məhdudiyyətlərin müəyyənləşdirilməsi
2. Planlaşdırma və layihə idarəetməsi
Tələblər toplanandan sonra iş planı hazırlanır. Burada inkişaf müddəti, mərhələlər üzrə iş bölgüsü, istifadə olunacaq texnologiyalar və komanda strukturu müəyyən edilir.
Əsas elementlər:
Layihənin zaman qrafiki (timeline)
İştirakçıların rolları
Risklərin qiymətləndirilməsi
Resurs planlaşdırması
Bu mərhələ DevOps və Agile kimi metodologiyalar əsasında strukturlaşdırıla bilər.
3. Sistem və proqram arxitekturasının hazırlanması
Bu mərhələdə proqram təminatının texniki əsasları qurulur. Yəni hansı texnologiyalardan (tech stack), hansı verilənlər bazasından istifadə olunacağı, sistemin neçə moduldan ibarət olacağı və bu modulların necə qarşılıqlı əlaqədə olacağı planlaşdırılır.
Məhsul olaraq proqram təminatı təqdim ediləcəksə, sistem daha çox lokal quraşdırma və resurs idarəetməsinə fokuslanır. Xidmət kimi proqram təminatı üçün isə arxitektura daha çox bulud əsaslı və miqyaslana bilən struktura yönəlir.
Bu proqram təminatı növləri haqqında daha çox öyrənmək üçün “Proqram təminatı: Məhsul yoxsa Xidmət?” məqaləmizə baxa bilərsiniz.
İstifadəçi təcrübəsi (UX) və interfeysin dizaynı (UI) bu mərhələdə formalaşır. Əsas məqsəd proqram təminatının istifadəsinin intuitiv və funksional olmasını təmin etməkdir.
Əsas addımlar:
Wireframe və prototiplərin hazırlanması
Rəng palitrası, yazı tipləri və brend elementlərinin tətbiqi
İstifadəçi axınlarının (user flows) optimallaşdırılması
Dizayn mərhələsi, proqram təminatının son istifadəçi ilə necə qarşılıqlı əlaqədə olacağını müəyyən edir.
Bu mərhələ proqram təminatının əsas texniki inkişafının həyata keçirildiyi hissədir. Burada kod yazılır, funksiyalar test edilir və ilkin versiyalar hazırlanır. Müasir proqram təminatı layihələrində frontend, backend və API təbəqələri ayrı-ayrılıqda inkişaf etdirilir.
DevOps praktikaları bu mərhələdə ön plana çıxır. Kodun avtomatik test edilməsi, inteqrasiya (CI/CD) və deployment alətləri ilə proqramın sürətli və dayanıqlı şəkildə yaradılması təmin olunur.
Yazılmış proqram təminatının işə salınmazdan əvvəl hərtərəfli test edilməsi vacibdir. Bu mərhələdə proqramın stabil, etibarlı və gözlənilən şəkildə işlədiyi yoxlanılır.
Test növləri:
Manual və avtomatlaşdırılmış testlər
Funksional test
Təhlükəsizlik testi
Performans və yük testi
İstifadəçi testləri (UAT)
Keyfiyyət təminatı mərhələsi proqram təminatının son nəticədə bazara çıxmağa hazır olduğunu göstərən əsas göstəricidir.
Testlər uğurla başa çatdıqdan sonra proqram təminatı istifadəçilərə təqdim olunur. Bu mərhələ SaaS modellərində provayder serverlərinə yerləşdirmə şəklində aparıla bilər, SaaP modellərində isə istifadəçiyə lokal qurulum faylları təqdim edilir.
Əsas fəaliyyətlər:
Server yerləşdirməsi
Konfiqurasiya
İstifadəçi təlimatlarının hazırlanması
İlk istifadəçi dəstəyi
Proqram təminatının həyat dövrü yayım ilə bitmir. Daimi texniki dəstək, istifadəçi geribildirimlərinin toplanması və proqramın yenilənməsi davamlı prosesdir.
Xüsusilə SaaS təminatlarında:
Yenilənmələrin avtomatik tətbiqi
Təhlükəsizlik boşluqlarının bağlanması
Yeni funksionallıqların əlavə olunması
1. Proqram təminatının yaradılması neçə mərhələdən ibarətdir?
Adətən proqram təminatı 7-8 əsas mərhələdən ibarət olur: tələblərin toplanması, planlaşdırma, arxitektura, dizayn, inkişaf, test, yayım və texniki dəstək.2. Kiçik bizneslər üçün hansı mərhələ daha önəmlidir?
Kiçik bizneslər üçün tələblərin düzgün toplanması və planlaşdırma mərhələsi xüsusilə vacibdir. Çünki resurslar məhdud olduğu üçün düzgün başlanğıc gələcək mərhələlərin uğuruna birbaşa təsir edir.3. Proqram təminatının test mərhələsi niyə vacibdir?
Test mərhələsi proqramda olan səhvlərin (bug) erkən aşkarlanmasına və aradan qaldırılmasına imkan verir. Bu mərhələ həm təhlükəsizlik, həm də performans baxımından yüksək keyfiyyətin təmin olunmasına xidmət edir.4. Proqram təminatı birbaşa istifadəçiyə təqdim oluna bilərmi?
Xeyr. Proqram təminatı yalnız test və keyfiyyət təminatı mərhələlərindən uğurla keçdikdən sonra yayım mərhələsinə çıxarılır. Əks halda istifadəçi təcrübəsi və sistem sabitliyi risk altına düşə bilər.5. Hər proqram təminatı üçün texniki dəstək vacibdirmi?
Bəli. İstər SaaP, istərsə də SaaS modeli ilə təqdim edilən proqram təminatında texniki dəstək istifadəçinin problemlərinin vaxtında həll olunması və proqramın daima funksional qalması üçün vacibdir.