Proqramlaşdırmanın əsasları Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Təlimə seçilmiş iştirakçılar C proqramlaşdırma dili üzərindən proqramlaşdırmanın təməl prinsiplərinə yiyələnəcək, alqoritmlər və verilənlər strukturları üzrə baza biliklərini öyrənəcəkdir.✅
Əlavə olaraq gələcəkdə bu sahədə karyera imkanlarını genişləndirməyə kömək edəcək ilkin alqoritmik biliklər əldə edəcəklər.✅
Özünü bu sahədə inkişaf etdirmək istəyən və özünü bu qədər geniş təlabatı olan sahədə görmək istəyən gəncləri gözləyirik. Təlimlərdə iştirak üçün tələsin .
? Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
İştirak üçün əsas meyarlar:
- Bakı şəhərində yaşayan gənclər;
- İnformasiya texnologiyaları üzrə başlanğıc səviyyədə ingilis dili bilikləri;
- İT üzrə təhsil və ya iş təcrübəsi üstünlükdür.
⏰Təlim müddəti: 48 saat (2 ay)
✅Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
?Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar təcrübə proqramında iştirak etmək şansı qazanacaq və sertifikatlar təqdim ediləcək.