Biznesiniz inkişaf etdikdə müştəriləriniz və hədəf kütlənizlə daha sürətli və effektiv təmasda olmaq, məhsullar və kampaniyalar haqqında məlumatı vaxtında çatdırmaq üçün internet səhifənizin olması rəqiblərinizə qarşı böyük bir üstünlükdür. Bəs hansı növ sayt sizin köməyinizə gələ bilər ? Bu bloqumuzda müxtəlif biznes sahələri üçün hazırladığımız internet səhifələrini təhlil edərək hansı növ biznes üçün necə vebsayt lazım olduğunu aydınkaşdırmağa çalışacağıq.
İnternet saytları sahib olduqları funsionallıq, səhifə sayı və digər xüsususiyyətlərinə görə iki yerə ayrılır. Veb sayt və Land Page.
Landing Page vs Website: Əsas fərqlər
Website | Landing page | |
Səhifə sayı | Beş və daha çox səhifə | Sadə bir giriş səhifəsi |
Informsiya | Müştərilərə lazım ola biləcək bütün növ informasiyanı asanlıqla daxil etmək imkanı | Xüsusi bir məhsul və xidmət haqqında sabit, informasiya |
Funksionalıq | Çoxsaylı funksiya və modullara sahib ola bilər | Adətən mətn,şəki və videolar kimi kontentdən ibarət olur. |
Naviqasiya | Bütün səhifələr əlçatandır | Məhdud səhifəyə giriş |
Məqsəd | Şirkəti təqdim və ya izah etmək | Müştərini konkret məhsul və təklifə yönləndirmək |
Vebsayt biznesiniz haqqinda detallı məlumat verən bir biri ilə əlaqəli olan səhifələrdən ibarətdir. Adətən Vebsayt “Məhsullarımız”, “”Bizə Qoşul”, “Haqqımızda”, “Media”, “Əlaqə” kimi Əsas səhifələrdən ibarət olur. Bu səhifələrin hər birini uyğun subkateqoriyalara ayırmaqla daha konkret məzmun yaratmaq mümkündür. Vebsaytınızın onlayn satışlar etmək, ödənişləri qəbul etmək, vakansiya elan etmək kimi funksiyaları vaxta qənaət etməyə imkan yaradır. Sadalanan funksionallıqların idarə edilməsi üçün Məzmun Menecmenti Vəsaiti (Admin panel) olmalıdır.
Landing Page yaratmaqda məqsəd biznesi bütünlüklə təmsil etmək deyil. Məhsulunuzun bazara ilkin daxil olma mərhələsində geniş istifadə edə bilərsiniz. Reklam kampaniyalarınızda itifadə etmək üçün məsul və ya xidmət haqqında online qaydada dolğun məlumat vermək istəsəniz artıq böyük bir vebsayt yaratmağınıza ehtiyac olmayacaq. İlkin olaraq landing page ilə başlaya bilərsiniz. Bu sadə səhifədə məhsulunuzun əsas xüsusiyyətlərini, faydalarını, müvafiq endirimlər və kampaniyalarınızı qeyd edə bilərsiniz. Bu növ sadə səhifələrin Admin Paneli olmadığı üşün özünüz birbaşa dəyişiklik edə bilməyəcəksiniz. Əvəzində isə hər hansı dəyişiklik lazım gəldikdə IT komandası ilə əlaqə saxlamağınız lazım gələcək.
Crocusoft şirkəti veb sayt hazırlanması, mobil tətbiq hazırlanması, vizitkart tipli saytların yığılması və proqram təminatının texniki dəstəyi kimi bir çox proqramlaşdırma həlləri sahəsində ixtisaslaşmış şirkətdir. İdeyalarınızın uğurlu proyektlərə çevrilməsi üçün bizimlə əlaqə saxlayın.