İlk təəssüratın bütün situasiyalarda necə önəmli olduğunu hamımız bilirik. Prestijli bir restoranda əyləşdiyinizi düşünün. Əgər xidmət səviyyəsi aşağıdırsa böyük ehtimal ki bir daha o restorana getməyəcəksiniz.
Eynilə, əgər vebsaytınız arzu olunan qədər yaxşı vəziyyətdə deyilsə, saytınıza daxil olan istifadəçidə ilk addımda mənfi təsssürat yaranacaq.
Buna görə də biznes saytınızın şirkət haqqında doğru şeylər ifadə etməsi vacibdir.
Biznesinizi təmsil edən vebsayt bu suallara müsbət cavab verməlidir :
Dizayna kifayət qədər diqqət ayrılıb?
Görünüşü yaxşı olan vebsayt istifadəçidə arxayınlıq yaradır. Çünki insanlar, saytın dizaynına kifayət qədər diqqət ayıran bir şirkətin göstərdiyi xidmət və məhsullarına da eyni həssaslıqla yanaşacağını düşünür.
Statistikalara görə, istifadəçilərin 60 faizi ilk dəfə daxil olduqları vebsaytın dizaynı gözlədikləri kimi deyilsə, bir neçə saniyə ərzində bir daha geri gəlməmək üzrə saytı tərk edirlər. Təbii ki bu vəziyyət daha çox rəqiblərinizə sərf edir.
Göz yormayan font, zövqlü rəng seçimi, uğurla ön plana çıxarılan əsas məhsullar, sayta yenicə daxil olan istifadəçidə ilk bir neçə saniyə ərzində pozitiv fikir yaradarsa o hələ də saytda qalacaq. Bundan sonrası isə UX dizaynın nə qədər uğurlu olmasından və kontentin yaxşı yazılmasından asılıdır. İzahedici vidoların, mətnlərin yerləşdirilməsi, ikonlar və digər kiçik elementlərin anlaşılan olması, Dili dəyişmək düyməsi, diqqəti cəlb edən fərləndirici rəqəmlər və ya qrafiklərin ön plana çıxarılması potensial müştərinin saytda qalması arzuladığınız satış həcmini təmin retməyiyinizə kömək edəcək.
Biznesin əsas məqsədi saytda uğurla təqdim edilib?
İlk bir neçə saniyə qaydası burada da keçərlidir. Sayta “gələn qonağa” hansı sahədə kömək edə biləcəyinizi çatdırmaq üçün bir neçə saniyəniz var.
Gəlin vizam.az saytına nəzər salaq. Səhifə açılan kimi ilk diqqətimizi çəkən məqam layihənin əsas xidməti olan viza dəstəyidir. Ekran şəklindən göründüyü kimi, sayta daxil olan kimi hansı xidməti hansı mərhələlər ilə ala bilcəyiniz haqqında təsəvvür yaranır.
Əgər hansısa məqam qaranlıq qalarsa müştəri “Haqqımızda” bölümünə klikləyəcək. Buna xüsusi diqqət ayırmaq lazımdır. Məlumatlar dolğun, aydın olmalıdır. Mətn və izahedici elementlər ilə yerləşdirilsə yaxşı olar.
Bazarda lider şirkət olmaq istəyirsiniz?
Lider olmaq bütün rəqiblərdən hər mənada üstün olmaq deməkdir. Xüsusilə bizneslərarası iş modelində B2B , B2C modeldən fərqli olaraq sayta daxil olanlar son istehlakçılar deyil, birbaşa biznes nümayəndələridir. Belə olan halda vebsaytınız təkcə bir alıcını deyil, böyük bir şirkəti müştəri kimi qazanacaq qədər uğurla hazırlanmalıdır.