Müasir rəqəmsal dövrdə rəqabətdə üstünlüyü əldə etmək üçün bizneslər daim yeniliklərə uyğunlaşmalı olur. Bir çoxları proqram təminatına üz tutarkən bəziləri isə yalnız hazır proqramlardan istifadə edir. İnnovasiyaya uyğunlaşmamış şirkətləri isə xüsusi proqram təminatı həllərinə adaptasiya olmuş şirkətlər geridə qoya bilir.
Xüsusi proqram təminatı olmadan bizneslərin qarşılaşacağı 5 əsas problemi sizin üçün bir yerə topladıq.
Qeyri-effektiv iş axını - Bir çox şirkətlər hələ də köhnə sistemlərə güvənir. Bu isə vaxt itkisi, səhvlər və resursların düzgün istifadə olunmaması ilə nəticələnir. Araşdırmalara görə, qeyri-effektiv əməliyyat illik gəlirin 20–30% itkisinə səbəb ola bilər. Xüsusi proqram təminatı təkrarlanan tapşırıqları avtomatlaşdıraraq iş axınlarını optimallaşdırır.
Səmərəsiz inteqrasiya - Standart proqramlar mövcud sistem və verilənlərlə uyğunlaşmaqda çətinlik çəkir. Yenidən eyni mövzuya gəlirik ki, bu şirkətlər innovasiyalara adaptasiya ola bilmir. Bir neçə proqramı birləşdirmək isə sadəcə məlumatların itkisinə və istifadəçi narazılığına səbəb olur.
İdarəetmədə uğursuzluq - Bu gün bizneslər böyük həcmdə məlumat toplayır, lakin onun potensialından çox az faydalanırlar. “Harvard Business Review”un məlumatına görə, şirkətlər topladıqları məlumatların cəmi 12%-ni təhlil edir və istifadə edirlər. Xüsusi proqram təminatı isə avtomatlaşdırılmış hesabatlar, analitik vasitələr və real vaxt panelləri təqdim edərək məlumatları qərarvermədə effektiv şəkildə istifadə etməyə imkan verir.
Zəif müştəri əlaqələri - Hazır CRM sistemləri çox vaxt komandanın iş prosesinə uyğun olmur. Araşdırmalara görə, CRM layihələrinin təxminən üçdə biri istifadənin çətinliyi səbəbilə uğursuz olur. Xüsusi hazırlanmış CRM sistemləri daha güclü müştəri əlaqələri, avtomatlaşdırılmış cavab mexanizmləri və hər bir müştəriyə fərdi yanaşma imkanı yaradır.
Kibertəhlükəsizlik riskləri - Şirkətlər böyüdükcə təhlükəsizlik ehtiyacları da artır. Standart proqramlar isə çox vaxt bu ehtiyaclara cavab vermir və təhlükə riski yaradır. Hər kəs bilirki, məlumat sızıntıları nəticəsində şirkətlər reputasiyalarını olduqca itirir, və hətta “IBM Security”nin məlumatına görə, məlumat sızıntıları şirkətlərə orta hesabla 4 milyon dollardan çox baha başa gəlir. Xüsusi proqramlar ən son təhlükəsizlik protokolları ilə hazırlanır və şirkətinizlə birlikdə genişlənmək üçün uyğunlaşdırılır.
Xüsusi proqram təminatına necə başlamaq olar?
✔️ Tələblərin və məqsədlərin müəyyənləşdirilməsi - İlk növbədə, layihənin və ya biznesin əsas məqsədlərini aydınlaşdırmaq və tələbləri dəqiq şəkildə müəyyənləşdirmək vacibdir.
✔️ Mövcud problemlərin və ehtiyacların qiymətləndirilməsi - Hazırkı vəziyyəti analiz edərək mövcud problemləri və konkret ehtiyacları müəyyənləşdirmək lazımdır.
✔️ İnfrastruktur və sistem ehtiyaclarının müəyyən olunması - Ehtiyaclar CRM, HRM, maliyyə sistemi, anbar idarəetməsi, monitorinq və qiymətləndirmə vasitələri kimi sahələri əhatə edə bilər.
✔️ Uyğun peşəkar komanda ilə əməkdaşlıq - Tələblərə və məqsədlərə uyğun təcrübəli və peşəkar komanda ilə əməkdaşlıq etmək uğurlu nəticənin açarıdır.
Standart proqramlar sizi müəyyən çərçivəyə salaraq idarə edə bilər, lakin xüsusi hazırlanmış proqram təminatı məhz sizin ehtiyaclarınıza uyğun işləyərək biznesinizi inkişaf etdirir. Texnologiyanı biznes modelinizə uyğun şəkildə inteqrasiya etməklə rəqabət üstünlüyü əldə edirsiniz. Crocusoft olaraq, biz artıq bir çox şirkətə rəqəmsal transformasiya yolunda uğurla dəstək olmuşuq. Müştərilərimizin geri bildirişlərinə əsasən, əməliyyat effektivliyi 40%-ə qədər artmış, layihə icrası isə 30% daha sürətli həyata keçirilmişdir. Eyni zamanda, xüsusi hazırlanmış CRM sistemləri vasitəsilə müştəri saxlanması əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Əgər siz də biznesinizi gələcəyə hazırlamaq istəyirsinizsə, Crocusoft ilə əlaqə saxlayın və rəqəmsal transformasiyanın ilk addımını atın!