Crocusoft | “Smart Customs”da yeni funksionallıq xidmətinizdədir!
Yeniliklər 1 MIN READ 23.05.2023 07:49:22

“Smart Customs”da yeni funksionallıq xidmətinizdədir!

Artıq hüquqi və fiziki şəxslər - maliyyə uçot sisteminin düzgün qurulmasına xidmət edən, gömrük rüsumları, alınması gömrük orqanlarına həvalə edilmiş vergilər, dəbbə pulu, gömrük yığımları, inzibati cərimələr və digər ödənişlər üzrə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini vahid məkanda birləşdirən elektron sistem vasitəsi ilə həll edə biləcək. Bunun üçün "Smart Customs" tətbiqi, https://e.customs.gov.az saytı vasitəsi ilə xidmətlər arasından seçim etməyiniz kifayətdir.