Flutter nədir ?
Flutter — Google tərəfindən yaradılmış açıq mənbə ilə işləyən bir UI framework-dür. O, proqramçılara tək bir kod bazası ilə həm Android, həm də iOS üçün (eləcə də web, desktop və digər platformalar üçün) mobil tətbiqlər hazırlamağa imkan verir.
Flutter nə işə yarayır ?
Flutter proqramçılara bir kod bazası ilə Mobil (Android və iOS), Veb, Desktop (Windows, macOS, Linux), hətta bəzi hallarda embedded sistemlər üçün cross-platform tətbiqlər yaratma imkanı verir.
Flutter-ın üstünlükləri
Tək kod bazası
Sadəcə bir dəfə kod yazmaqla bir neçə platforma üçün tətbiq yaratmaq mümkündür. Bu, vaxt və resurs baxımından böyük üstünlükdür.
Gözəl interfeys
Flutter öz "widget" sisteminə malikdir. Bu da istifadəçilərə istənilən dizaynı yaratma imkanı verir.
Sürətli yenidən yüklənmə
Kod dəyişikliklərini dərhal tətbiqdə görmək mümkündür — bu da inkişaf prosesini çox sürətləndirir.
Bütün bu üstünlüklərə baxmayaraq Github platformasında Flutter barədə 5 mindən çox problem mövcuddur. Getdikcə Flutter icmasının böyüməsi nəticəsində bu problemlərə baxılmasına ayrılan vaxt böyüyür. Bu zaman proqramçılar müvəqqəti həll yolları (workaround) yaratmağa başlayır.
Flutter-ın problemləri
Asılılıqlar
Plugin və paket asılılıqları bəzən problem yaradır. Bu paketlər funksionallıq əlavə etmək üçün çox vacibdir, lakin bəziləri artıq dəstəklənmir və ya köhnəlmiş dillərlə yazılıb.
Müxtəlif versiyalar
Köhnə versiyada yaradılmış Flutter layihəsini yeni versiyaya keçirmək müxtəlif problemlər yaradır. Bu zaman plaginləri və paketləri də yeniləmək lazım gəlir, yoxsa kodda uyğunluq problemləri yarana bilər.
Tətbiq həyat dövrü
Flutter tətbiqinin həyat dövrü də native iOS və Android ilə fərqlənir və bu, idarəetmədə problemlər yarada bilər. Native-də onPause, onResume (Android), viewDidLoad, viewWillAppear (iOS) kimi konkret metodlar var. Flutter isə daha abstrakt və birləşdirilmiş həyat dövrü təqdim edir.
Flutter ilə işləyərkən nələrə diqqət etməli ?
Aktiv paketlər istifadə edilməli
Platforma fərqlərinə diqqət
Düzgün widget istifadəsi
Performansa nəzarət
Daim test etmək
Flutter-ın vacibliyi
Mobil tətbiq sənayesi inkişaf etdikcə, Flutter effektivliyi və qısa zamanda yüksək keyfiyyətli tətbiqlər hazırlamaq imkanı ilə aparıcı seçim kimi fərqlənir.
Səmərəlilik. Tək bir kod bazasında istifadə olunması xərcləri azaldır.
Effektiv interfeys. Geniş widget kitabxanası proqramçıara vizual baxımdan cəlbedici interfeyslər yaratmağa imkan verir.
Gələcək proqnozları
Süni intellekt və maşın öyrənməsi ilə inteqrasiya
Süni intellekt (AI) və maşın öyrənməsi (ML) texnologiyalarının mobil tətbiqlərə inteqrasiyası getdikcə artır. Gələcəkdə daha çox Flutter proqramçısının layihələrində Google ML Kit, TensorFlow Lite kimi alətlərdən istifadə edəcəyi gözlənilir.
Daha güclü performans optimizasiyası
Tətbiqlərin mürəkkəbliyi artdıqca performansın kəsintsiz olması vacib hala gəlir. Bunun üçün Flutter üçün proqramlaşdırma dili Dart-ın inkişafı əsas məsələdir.
Generativ AI ilə inteqrasiya
Süni intellekt texnologiyalarından istifadə etməklə, proqramçılar təkrarlanan kod yazma işlərini avtomatlaşdıra, istifadəçi seçimlərinə əsaslanaraq UI komponentləri yarada və son istifadəçilər üçün fərdiləşdirilmiş təcrübələr qura biləcəklər.
Flutter icmasının böyüməsi
Hər yeni ildə Flutter icmasına bir çox proqramçı qatılır. Onları dəstəkləyərək və problemlərin həllində kömək edərək icmaya dəyər qatılacaq.
İxtisaslaşmış alətlər və avtomatlaşdırma
CI/CD (davamlı inteqrasiya və çatdırılma) alətləri və backend xidmətləri ilə daha güclü inteqrasiya, tətbiq inkişafının bir çox mərhələsini avtomatlaşdırmağa imkan verəcək.
Nəticə: Flutter mobil tətbiq sənayesinin gələcəyidirmi ?
Flutter-ın gələcəyi parlaq görünür. Çünki bu ekosistemdə olan proqramçılar getdikcə çoxalır. Əgər Flutter bazar tələblərinə uyğun şəkildə inkişaf etdirilsə və Google Flutter üçün daha çox inkişaf şansı yaratsa, Flutter bir çox biznes üçün əlverişli texnologiyaya çevrilə bilər.
FAQ
Flutter hansı proqramlaşdırma dilindən istifadə edir?
Flutter, Google-un yaratdığı Dart proqramlaşdırma dilindən istifadə edir. Dart həm performanslı, həm də oxunaqlı sintaksisə malik dildir.
Flutter native performans verir?
Bəli, Flutter kodu native olaraq compile olunur və bu səbəbdən yüksək performans təmin edə bilir
Flutter öyrənmək çətindirmi?
Əgər sizdə OOP (obyekt yönümlü proqramlaşdırma) bilikləri varsa, Flutter və Dart öyrənmək çox və rahatdır.
Flutter tətbiqlərinə süni intellekt əlavə etmək mümkündürmü?
Bəli. Flutter layihələrində Google ML Kit, TensorFlow Lite və digər AI/ML alətləri ilə generativ süni intellekt və analiz sistemləri quraşdırmaq mümkündür.