Crocusoft | Google, Duolingo-ya rəqib yeni Aİ ilə dil öyrənmə təcrübəsi təqdim edir
Google ai
Yeniliklər 2 MIN READ 15.05.2025 10:19:11

Google, Duolingo-ya rəqib yeni Aİ ilə dil öyrənmə təcrübəsi təqdim edir

Google, dil öyrənmə prosesini daha fərdiləşdirilmiş və real həyatla uyğunlaşdırmaq üçün üç yeni süni intellekt aləti təqdim edib.

Bu alətlər Google-un inkişaf etmiş multimodal dil modeli olan Gemini tərəfindən dəstəklənir və bir çoxlarının istifadə etdiyi dil öyrənmə platforması olan Duolingoya rəqib ola bilər. Google-un təqdim etdiyi bu yeniliklər praktiki vəziyyətlər, yerli danışıq dilivizual öyrənmə kimi sahələrə fokuslanır. 

Bu üç təcrübənin əsas xüsusiyyətləri aşağıdakılardı:

1. Tiny Lesson – Reallıqda qarşılaşdığın vəziyyətlərə uyğun söz ehtiyatı və qrammatika tövsiyələri verir. Etməli olduğun sadəcə bir vəziyyəti təsvir etməkdir, məsələn “restoranda yemək sifariş etmək” kimi bir vəziyyəti təsvir etdikdə sənə uyğun ifadələr və cümlə quruluşları təqdim olunur: “Menyuya baxa bilərəm?” “Vegetarian yeməkləriniz varmı?”

2. Slang Hang - Rəsmi olmayan, gündəlik danışıq dilini inkişaf etdirməyə fokuslanır. Bu alət öyrənənlərin dərslik dilindən çıxaraq daha təbii və yerli danışıq dilini öyrənmələrini təmin edir. Satıcı ilə alıcı arasında söhbət,  iki köhnə dostun yenidən görüşməsi kimi senarilərlə tanış olursan və anlamadığın sözlərin üzərinə klikləyərək onların mənasını və istifadəsini öyrənə bilirsən.

3. Word Cam – Ətrafındakı obyektləri müəyyən edib onların adlarını öyrənmə imkanı verir. Telefonunun kamerası ilə şəkil çəkirsən və Gemini oradakı obyektləri təyin edərək öyrəndiyin dildə adlarını göstərir.

Google-un bildirdiyinə görə, əsas məqsəd müstəqil və fərdiləşdirilmiş öyrənməni dəstəkləyərək daha dinamik və effektiv öyrənmə prosesi təqdim etməkdir. Bu texnologiyalar sayəsində öyrənmə prosesi daha praktiki və interaktiv olur.