Son zamanlarda bu qərarı vermək bizneslər üçün əsas prioritetə çevrilib. Çünki hər bir şirkət bütün IT ehtiyaclarını daxili resurslarla qarşılaya bilmir və qarşıda duran sual belə formalaşır: bu ehtiyacları outsourcing yolu ilə qarşılamaq daha məqsədəuyğundur, yoxsa sıfırdan daxili komanda yaratmaq? Bu suala cavab verməzdən əvvəl, gəlin bu iki strategiyanı qısa şəkildə müqayisə edək.
IT Outsource
Outsourcing strategiyası sizə müəyyən texnoloji tapşırıqları və ya layihələri şirkət xarici mütəxəssislərə həvalə etmək imkanı yaradır. Bu yanaşma tətbiq və vebsayt inkişafı, xüsusi proqram təminatının hazırlanması kimi ehtiyacları uzunmüddətli işçi götürmədən qarşılamağa şərait yaradır.
IT In-house
Şirkət daxilində IT komandası qurmaq, texniki ehtiyaclarınızı qarşılamaq üçün tam ştatlı əməkdaşlar işə götürmək deməkdir. Şəbəkə problemlərinin həllindən tutmuş xüsusi proqram təminatının hazırlanmasına qədər bu komanda yalnız sizin təşkilat üçün çalışır.
Nə vaxt IT Outsource ?
İxtisaslaşmış işçilər lazımdır: Outsource strategiyası bizneslərə işində ixtisaslaşmış kadrları asanlıqla tapmaq imkanı yaradır. Bu zaman sizin onlara təlim keçmək kimi bir məsuliyyətiniz olmur.
Xərclərinizə qənaət etməlisiniz: Outsource bir çox əməliyyat xərclərini aradan qaldırır. Xidmətlər adətən vahid məbləğlə təqdim olunduğundan, gözlənilməz xərclərin qarşısı alınır və əhəmiyyətli dərəcədə qənaət əldə olunur.
7/24 texniki xidmətə ehtiyacınız var: Daxili komandalar adətən müəyyən iş saatları ilə məhdudlaşır, amma outsourcing zamanı bu limit yoxdur və tərəf sizin platformanıza 7/24 nəzarət edir.
Nə vaxt IT In-house ?
Hərtərəfli idarə vacibdir: Daxili komandalar müxtəlif departamentlərin ehtiyaclarına çevik şəkildə uyğunlaşa bilir. Bu da sıx əməkdaşlıq tələb edən layihələr zamanı əlverişli vəziyyət yaradır.
Uzunmüddətli investisiya edirsiniz: Şirkət daxilində İT komandası qurmaq uzunmüddətli planlarınıza uyğun olub, texnoloji imkanlarınızı genişləndirərək daha sərfəli nəticə verə bilər.
Bu nöqtədə ən vacib məqam biznesinizin ehtiyacını uyğun şəkildə başa düşməkdir. Çünki hansı strategiyanın daha düzgün olması biznesdən biznesə dəyişən faktordur. Sadalanan situasiyalar, müsbət və mənfi cəhətlər biznesin məqsədləri və hal-hazırdakı vəziyyəti ilə diqqətlə müqayisə olunmalıdır. Eyni zamanda bu seçimi biznes inkişaf etdikcə yenidən nəzərdən keçirmək vacibdir ki, tətbiq olunan strategiyalar dəyişən bazar şərtlərində effektiv qalmağa davam etsin.
Crocusoft olaraq biznes ehtiyaclarınıza uyğun fərdi həllər təklif edərək vəziyyəti müsbətə çeviririk. Növbəti addımı atın və doğru mütəxəssislərlə IT layihələrinizin uğurunu təmin edin.