Texnologiya bacarıqlarına tələbat artıq heç vaxt olmadığı qədər yüksəkdir və dünya innovativ texnologiyaları mənimsədikcə bu bacarıq boşluğu daha da dərinləşir. Hal-hazırda texnologiya bacarıqlarına yiyələnmək ilə insanlar gəlirlərini böyük ölçüdə artırır. Araşdırmalara görə, texnologiya sektorunda 2030-cu ilə qədər 4 milyondan çox işçi çatışmazlığı gözlənilir. Çünki dünya hər daim dəyişir və yenilənir. İnnovativ yanaşmalar nəticəsində texnologiya bacarıqlarında olan boşluqlar çoxalır.
Bəs innovasiyaya ayaq uydurmaq üçün hansı texnoloji bacarıqlara sahib olmalıyıq?
Süni İntellekt (AI) və Maşın Öyrənməsi (ML) - Bu bacarıq bu gün və gələcək üçün texnologiya dünyasında ən çox tələb olunan sahələrdən hesab olunur. Bu bacarıqlar əməliyyat xərclərinin artdığı bu dövrdə bizneslər üçün sənaye proseslərinin avtomatlaşdırması, əməliyyatları optimallaşdırmaq və strateji biznes qərarları vermək kimi optimal həllər təklif edir. Bu səbəbdən yaxın 5 il ərzində AI və ML mütəxəssislərinə olan ehtiyac həddindən artıq böyüyür. Texnologiya sahəsində çalışan və AI sahəsində fərqlənmək istəyən peşəkarlar bu gəlirli sahəyə daxil olmaq üçün bacarıqlarını artırmalı və özlərini inkişaf etdirməlidirlər.
Proqram təminatı inkişafı - Pandemiya səbəbindən 2020-ci ildə yaşanan durğunluğa baxmayaraq, proqram təminatı inkişafı bazarı yenidən canlanıb və 2027-ci ilə qədər 88 milyard dollardan çox dəyərə çatacağı proqnozlaşdırılır. Proqram təminatının əsas məqsədi müştəriyə və biznesə səmərəli və təhlükəsiz məhsul yaratmaqdır. Bu sahədə ən çox axtarılan Python, Java, JavaScript, ReactJS, database management systems, cloud computing platforms kimi bacarıqların yaxın 5 il ərzində ən yüksək tələbata malik olacağı gözlənilir. Məhz bu bacarıqlara yiyələnərək robotların insanları əvəz etməsinin qarşısını ala bilmək mümkün olacaq
Verilənlər elmi - Verilənlər elmi ( data science ) riyaziyyat, statistikanı, proqramlaşdırma dillərini, effektiv analiz üsullarını, süni intellekti və maşın öyrənməni özündə birləşdirir. Data Science layihələri bir çox mərhələlərdən keçir. Bu sahəyə üz tutan hər kəs məlumat toplama, emal etmə və təmizlənmə, riyaziyyat, statistika, proqramlaşdırma kimi biliklərə sahib olmalıdır. Belə baxdıqda çətin görünə bilər, lakin Data Science bacarığı bütün məlumatları yaxından görmək və davranışları anlamaq imkanı təqdim edir. Ümumiyyətlə bu sahənin yeni olması onu göstərirki, hal-hazırda bu sahədə peşəkarlara çox ehtiyac var.
Blokçeyn texnologiyası - Blokçeyn məlumatların saxlanma üsuludur. Amma digər ənənəvi üsullardan fərqli olaraq bu üsulda paylaşılan verilənlər bazası mövcuddur. Bazada məlumatlar kriptoqrafiya vasitəsilə bir-birinə bağlı bloklar şəklində saxlanılır. Araşdırmalara əsasən, 2032-ci ilə qədər blokçeyn texnologiyasının dəyəri 900 milyard dolları ötəcək. Bu isə o deməkdirki, hal-hazırda bizneslər tərəfindən bu bacarığa olan tələbat olduqca artır. Blokçeyn peşəkarları paylanmış sistemlər, peer-to-peer şəbəkələri, kriptoqrafiya və Solidity, Go, C++, JavaScript və Rust kimi proqramlaşdırma dillərində ixtisaslaşmalıdır.
UI/UX dizayn - App Store və Google Play-də hər il minlərlə proqram istifadəyə verilir. Bəs bu proqramlar bir birindən funksiyaları xaricində nə ilə fərqlənir? Əlbəttəki, cəlbedici görünüşləri vasitəsilə fərqlənə bilərlər. Hər dəfə kreativ yanaşmalar ilə bu görünüşləri bir birindən fərqləndirən isə UI/UX dizaynerlərdir. UX "istifadəçi təcrübəsi" (user experience), UI isə "istifadəçi interfeysi" (user interface) deməkdir. Bunlar tez-tez bir yerdə işlədilir, çünki bir-birinə yaxından bağlı olan və adətən birgə işləyən iki bacarıqdır. UX/UI dizaynerləri daim özlərini yeniləyir, məlumat toplayır, nəticələr çıxarır, son trendləri izləyir, sınaqdan keçirirlər bütün bunlar məhsulları daha faydalı və istifadəçi dostu etmək üçün edilir.
Texnologiya dünyası sürətlə inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün müasir texnologiya bacarıqlarına yiyələnmək hər zamankindən daha vacibdir. Süni İntellekt və Maşın Öyrənməsi, proqram təminatı inkişafı, verilənlər elmi, blokçeyn texnologiyası və UI/UX dizayn kimi sahələr həm bu gün, həm də gələcək üçün yüksək tələbata malikdir. Bu bacarıqlara sahib olan mütəxəssislər yalnız əmək bazarında rəqabət üstünlüyü qazanmaqla kifayətlənmir, eyni zamanda daha yüksək gəlir və karyera imkanlarına da sahib olurlar. Gələcəyin texnoloji dünyasında yer almaq istəyən hər kəs bu bacarıqları öyrənməyə və özünü daima inkişaf etdirməyə fokuslanmalıdır.