Crocusoft | Layihə zamanı effektiv ünsiyyət yaratmağın yolları
3 people doing their job while discussing project details
Bloqlar 5 MIN READ 26.05.2023 11:31:49

Layihə zamanı effektiv ünsiyyət yaratmağın yolları

Proqram təminatı komandası ilə işləyərkən effektiv ünsiyyət vacibdir. Bəs rahat və səmərəli ünsiyyəti təmin etmək üçün nə etmək lazımdır?


Ünsiyyət kanallarını müəyyənləşdirin: Öncədən hansı kommunikasiya vasitələrindən istifadə edəcəyinizi qərərlaşdırın. Əsas ünsiyyət rejimini (məsələn, e-poçt, layihə idarəetmə alətləri, video konfrans) müəyyən edin, komandadakı hər kəsin bu kanallarla tanış olduğundan və onlardan rahat istifadə etməyi bacardığından əmin olun.


Gözləntiləri təyin edin: Cavab vaxtları, görüş cədvəlləri kimi ünsiyyət kanallarını müəyyənləşdirin. Bu, vaxtında və davamlı məlumat mübadiləsini təmin edəcək.


Daimi görüşlər keçirin: Layihənin gedişatını müzakirə etmək, problemləri həll etmək və yeniləmələri təmin etmək üçün müntəzəm görüşlər keçirin. Lazım olduqda daha ətraflı müzakirələr üçün video konfranslardan istifadə edin.


Sənədləşdirmə aparın: Gələcəkdə yarana bləcək problemlərin qarşısını almaq üçün vacib müzakirələri, qərarları və s. sənədləşdirin. Bu, kommunikasiyaya görə yarana biləcək uyğunsuzluların qarşısını alır və gələcək görüşlər üçün istinad nöqtəsi yaradır.


Əməkdaşlığı gücləndirin: Komanda üzvləri arasında açıq və şəffaf ünsiyyəti təşviq edin. Hər kəsin fikirlərini bölüşmək, suallar vermək və rəy bildirməkdə özünü rahat hiss etdiyi bir atmosfer yaradın. 


Komanda üzvlərini dinləyin: Komanda üzvlərinin narahatlıqlarını, fikirlərini və rəylərini fəal şəkildə dinləyin. Fikirlərini ifadə etmək və layihə haqqında rəy bildirmək üçün onları cəsarətləndirin. Bu, komandada inam və hörmət hissi yaradır.