Crocusoft | iOS26: Yeni ad, yeni dizayn və daha çoxu
iOS26
Yeniliklər 3 MIN READ 18.06.2025 13:19:00

iOS26: Yeni ad, yeni dizayn və daha çoxu

Uzun illərdən sonra Apple ilk dəfə iOS-un dizaynını dəyişir. iOS isə iPhone-u dəstəkləyən proqram təminatıdır. 


Birbaşa xüsusiyyətlərə keçməzdən qabaq onu demək lazımdırki, iOS-un bu səfər 26 adlanması tamamilə onun buraxılacağı il ilə əlaqəlidir. Artıq bütün yenilənmələr uyğun il ilə adlanmağa başlayacaq. 


Eyni zamanda bu proqram təminatı hələki təqdim edilməyib və bu payızda istifadəyə verilməsi gözlənilir. 


Gələk, iOS 26-nın əsas xüsusiyyətlərinə:

1) Şəffaf və zərif dizayn

Artıq iOS 26 Liquid Glass adlandırdığı dizaynı təqdim edir. Yeni menyular parlaq, dumanlı şüşəni xatırladan görünüşə malik olarkən, bir çox elementlər daha yumşaq kənarlarla və dərinlik hissi ilə dizayn edilib. Adı kimi şüşə effektini əks etdirən dizayn sadə və anlaşılır olmağı hədəfləyir.



2) Apple Intelligence 

Apple şirkətinin əsas məqsədi Apple Intelligence-i bir çox yerlərə tətbiq edərək telefon daxilində effektivliyi artırmaqdır. Məsələn, real vaxtda mətn tərcüməsi buna misaldır. iPhone qeyri-ingilis dillərində gələn mesajları avtomatik aşkar edərək onları ingilis dilinə tərcümə edəcək və siz həmin mesajlara baxanda artıq tərcümə olunmuş şəkildə görəcəksiniz.



3) Tətbiq dizaynları 

Kamera və Foto tətbiqləri uzun zamandır gözlənilən funksional dizayn yenilənmələrini alacaq. Belə ki, bu tətbiqlər artıq ola bildiyincə sadə interfeysə keçəcək. MesajlarTelefon tətbiqləri isə arzuolunmaz mesajlara və zənglərə qarşı daha sərt mövqe tutacaq. 


Əslində asanlıqla anlamaq olur ki, Apple artıq bir tətbiq içərisində pəncərə dəyişimlərini minimuma endirərək istifadəçilərin hərəkətlərini azaldır. 



4) Visual Intelligence 

Apple Intelligence üzərində qurulan Visual Intelligence istifadəçinin iPhone ekranına inteqrasiya olunacaq, beləliklə, istifadəçi axtarış etmək istədiyi vizualın ekran görüntüsünü çəkər, həmin vizualı seçər, son olaraq Google, Etsy və digər dəstəklənən tətbiqlərdə oxşar şəkil və məhsulları axtara bilər.



5) Apple Music və Wallet dəyişiklikləri

Artıq Apple Music istifadəçiləri Lyrics Translation funskiyası vasitəsilə mahnı sözlərini başa düşəcək, Lyrics Pronunciation ilə heç bir dil bariyeri olmadan mahnıları oxuya biləcək. Automix funksiyası isə mahnılar arasında keçidi “DJ” olaraq idarə edəcək. 


Wallet istifadəçiləri Apple Pay ilə mağaza alış-verişləri zamanı hissə-hissə ödəniş və ya bonus xallarla ödəmə seçimlərini seçərək  fiziki dünya ilə qarşılıqlı əlaqələri heç vaxt olmadığı qədər asanlaşdırır. Yenilənmiş boarding pass real vaxtda uçuşla bağlı məlumatları göstərən və başqaları ilə paylaşmağa imkan verən Live Activities funksiyasını da  təqdim edir.