Crocusoft | e-qanun.az

e-qanun.az

E-qanun.az platforması yeni dizayn və funksionallıqlar ilə təqdim edirik

Sənaye

Elektron hökümət

Xidmətlər

Back-end proqramlaşdırma, Front-end proqramlaşdırma

Texnologiyalar

CSS, Java, HTML 5

Layihəyə keçid

http://www.e-qanun.az

E-qanun.az Azərbaycanda bütün dövlət və biznes təşkilatları tərəfindən aktiv şəkildə istifadə olunan veb platformadır. Buna görə də bu vesaytı yeniləmək bizim üçün həm məsuliyyətli həm də əhəmiyyətli iş idi.

Hazırda e-qanun.az platformasının yeni versiyası sayta daxil olan istifadəçilərə user-friendly interfeys təqdim edir.

İstifadəçilərin müxtəlif sənəd növləri ilə asanlıqla əməliyyatlar aparması üçün veb platformanı zəngin funskionallıqlar ilə təmin etmişik:

·      Sənədlərə dair detallı axtarış imkanı

Platforma daxilində edilən axtarışlardan maksimum dəqiq nəticə əldə edilməsi üçün axtarışı müxtəlif əlamətlərə förə filterləmək mümkündür. Məsələn sənədin nömrəsinə görə, daxil edilən sözlərin uyğunluğuna görə, sənədlərin tarixinə görə, statusa görə və sairə.

·      Sənədlərə dair əməliyyatlar aparılması imkanı

Axtarış nəticələrində çıxan sənədlər üzərində müxtəlif əməliyyatlar apara bilərsiniz; İki sənədin müqayisə edilməsi, "sənədlərim" bölməsində seçilib saxlanılması, qaranlıq rejimində oxumaq, çap etmək və s.

·      Geniş funksiyalı admin panel

E-qanun kimi əhəmiyyətli və irihəcmli platfromaları hazırlayarkən bu platformanın idarə edilməsini də nəzərə almaq lazımdır. E-qanun.az vebsaytı üçün geniş funskiyalara sahib olan xüsusi Məzmun Menecmenti Vəsaiti(CMS-admin panel) hazırlamışıq. Bu admin panel vasitəsilə vebsaytdakı məlumatları asanlıqla daxil etmək, dəyişiklik etmək, silmək və digər bir çox əməliyyatları aparmaq mümkündür.