Crocusoft | OpsWatch

OpsWatch

OpsWatch Air Arabia şirkətinin uçuş əməliyyatları komandası üçün hazırlanmış mobil tətbiqdir.

Sənaye

Logistika

Xidmətlər

Texnologiyalar

Redux, SQL, React Navigation, Typescript

Layihəyə keçid

Layihə haqqında

Opswatch — Air Arabia hava yolları şirkəti üçün hazırlanmış real vaxtda uçuşların izlənməsi tətbiqidir. Bu sistem vasitəsilə uçuş heyəti tətbiqə daxil olaraq uçuş növünü seçə, həmin uçuşla bağlı müxtəlif məlumatları izləyə bilir

Layihə üzərində işləyərkən komandamız uçuş sahəsinin ekspertləri ilə sıx əməkdaşlıq etmiş, onların tələblərini funksional imkanlara çevirmək üçün müxtəlif qabaqcıl back-end və front-end texnologiyalarından istifadə etmişdir. 

Funksionallıqlar

Uçuşların növünə görə ayrılması
Uçuşlar üç kateqoriyaya – Rotation, Departures və Arrivals – bölünərək axtarışı daha da asanlaşdırır. Beləliklə, uçuş komandası eyni təyyarənin gün ərzində etdiyi ardıcıl uçuşları, yalnız havalimanından çıxan və ya ora enən reysləri rahatlıqla izləyə bilir.

Əməliyyatların real vaxtda izlənməsi

Bu sistem sayəsində işçilər real vaxt rejimində dəyişiklikləri asanlıqla izləyə bilirlər. Uçuşda gecikmə olduqda bu dərhal tətbiqdə əks olunur, qapıların bağlanması kimi əməliyyatlar üçün isə əlavə vaxt təklif etmək mümkün olur.

Uçuşların filterlənməsi və bildirişlər 

Filterlər vasitəsilə işçilər hava limanı, tarix, təyyarənin qeydiyyat nömrəsi və qapı nömrəsi kimi meyarları seçərək lazım olan məlumatı sürətli və dəqiq şəkildə tapa bilirlər. Hər hansı dəyişiklik baş verdikdə isə sistem onlara real vaxtda bildiriş göndərir.

Nəticələr

✔️ Sabit və təhlükəsiz sistem;

✔️ Real vaxt ilə inteqrasiya;

✔️ Manual kommunikasiya ehtiyacının azalması;

✔️ OCC, yer xidməti və dispetçerlər üçün məlumat axını

✔️ Uçuş məlumatlarının kompaktlaşması