Crocusoft | ETopaz

ETopaz

ETopaz futbol və digər idman növlərini oyunsevərlərə canlı təqdim edən mobil tətbiqdir.

Sənaye

Əyləncə, Həyat tərzi

Xidmətlər

Texnologiyalar

MVVM, Swift UI Kit, Android JetPack, Kotlin, Alamofire

Layihəyə keçid

Layihə haqqında 

Etopaz - həyəcan sevənlərin futbol və digər idman növlərini canlı izləyə biləcəyi interaktiv mobil tətbiqdir. Tətbiq vasitəsilə istifadəçilər oyun zamanı baş verən dəyişikliklərdən anında xəbərdar ola bilirlər. Etopaz eyni zamanda istifadəçilərə şans oyunları oynamağı təklif edir. 

Mobil tətbiqin hazırlanması zamanı Kotlin, Swift, MVVM modellərJetpack Compose kimi müasir və performans yönümlü texnologiyalardan istifadə olunmuşdur. Bu yanaşma, tətbiqin həm Android, həm də iOS platformalarında yüksək stabiliklə çalışmasını təmin etmiş, eyni zamanda istifadəçi təcrübəsini maksimum səviyyəyə çatdırmışdır.

Layihənin məqsədi təkcə texniki funksiyalar yaratmaq olmayıb. Əsas məqsəd, istifadəçilər üçün rahat, sürətli və təhlükəsiz bir oyun mühiti qurmaq olmuşdur. İstifadəçilərin tətbiqdən çətinlik çəkmədən istifadə etməsi, axtardıqları funksiyaları asan tapması və heç bir problem yaşamadan əməliyyat aparması əsas hədəflərdir. Bunun üçün tətbiqin sürətli işləməsi, təhlükəsiz olmasısadə quruluşda hazırlanması diqqətlə planlaşdırılıb.

Funksionallıqlar

Oyunların izlənilməsi 

Etopaz istifadəçiləri canlı və ya başlamamış oyunları izləyə bilər, onlar üçün kupon seçimi edə bilər. Tətbiqin fərqləndirici xüsusiyyətlərindən biri isə rəqəmsal meydança funksiyasıdır. Topa sahib olma faizi, hücumlar, təhlükəli vəziyyətlər və digər statistik göstəriciləri bu funksiya vasitəsilə rahatlıqla izləmək mümkündür. 

Bu xüsusiyyət, xüsusilə canlı mərclər zamanı istifadəçiyə analitik məlumatlar təqdim etməklə qərar vermə prosesini dəstəkləyir. Oyunun gedişatını real vaxtda vizual olaraq görmək, mərc etməyi daha məqsədli və məlumatlı hala gətirir.

Oyunların idarə edilməsi

İstifadəçilər Etopaz tətbiqi üzərindən kuponlarını təkli, kombinasiyalı (kombo) və ya sistemli şəkildə formalaşdıra bilərlər. Tətbiq eyni zamanda əmsalların dəyişməsinə dair xüsusi şərtlərin təyin olunmasına da imkan verir. Bundan əlavə, istifadəçilər oyunların real vaxtda statusunu izləyə, həmçinin keçmiş oyunların nəticələrinə və detallı statistikalarına da asanlıqla baxa bilərlər. 

Bu funksiyalar istifadəçilərə sadəcə canlı oyunu izləmək deyil, həm də əvvəlki oyunlar üzərində analiz aparmaq və gələcək mərcləri daha ağıllı planlaşdırmaq imkanı yaradır.

Tranzaksiyalar

Etopaz mobil tətbiqi vasitəsilə istifadəçilər müxtəlif ödəmə platformaları üzərindən rahat şəkildə vəsait əlavə edə və çıxara bilərlər. Tətbiq, bütün maliyyə əməliyyatlarının tarixçəsinə baxmaq imkanı təqdim edir.

Bundan əlavə, sistemdə mövcud bonusları idarə etmək, aktiv və keçmiş bonus kampaniyalarının detalları ilə tanış olmaq da mümkündür. 

Filterlər, bildirişlər, canlı söhbət

Tətbiqin demək olar ki, hər səhifəsində mövcud olan filterlər vasitəsilə istifadəçilər axtardıqları məlumatı daha tez tapa bilirlər. Bu filterlər oyunlar, tarix, liqalar və əmsallar üzrə seçimləri daraltmaqla axtarış prosesini xeyli sürətləndirir. 

Daxili bildiriş sistemi sayəsində tətbiqdə baş verən yeniliklər, kampaniyalar və digər vacib məlumatlar barədə istifadəçilərə vaxtında xəbərdarlıq olunur. Etopaz tətbiqinin digər vacib funksiyalarından biri isə dəstək çatıdır. Bu funksiya istifadəçilərə qarşılaşdıqları problemlərlə bağlı sürətli yardım almaq imkanı yaradır.

Nəticələr

✔️ Oyun axışının vizual və analitik izlənməsi asanlaşır.

✔️ Axtarışlar daha sürətli və məqsədyönlü aparılır. 

✔️ Problemlər üçün operativ, birbaşa yardım imkanı var.

✔️ Keçmiş ödənişlər və bonuslar asanlıqla nəzarətdə saxlanılır.

✔️  Tətbiq həm Android, həm də iOS cihazlarda sürətli və stabil işləyir.