Crocusoft | AdGo

AdGo

AdGo ictimai nəqliyyatda mövcud reklam yerlərini asanlıqla icarəyə götürmək üçün onlayn platformadır.

Sənaye

Satış & E-Ticarət

Xidmətlər

Texnologiyalar

ReactJS, Typescript, Next JS

Layihəyə keçid

Layihə haqqında

AdGo - metroda, avtobuslarda və digər nəqliyyat şəbəkələrində mövcud olan reklam yerlərini görə və asanlıqla icarələyə biləcəyiniz platformadır. Sistem reklamverənlərə müxtəlif tranzit reklam imkanlarını onlayn şəkildə sifariş etməyə və bütün prosesləri vahid bir paneldən rahatlıqla idarə etməyə imkan yaradır.

İstifadə olunan texnologiyalar sistemin idarə olunmasını xeyli sadələşdirmiş, eyni zamanda platformanın sürətli, etibarlı və funksional şəkildə işləməsini təmin etmişdir.


Funksionallıqlar

Reklam yerlərinin onlayn sifarişi 

İstifadəçilər reklam və montaj qiyməti, tranzit reklamın növü və ölçüləri kimi parametrləri seçərək istədikləri reklam sahələrini onlayn şəkildə səbətə əlavə edirlər.Nəticədə onlar bütün prosesi onlayn olaraq və effektiv yerinı yetirirlər.


Reklam yerlərinin xəritədə ünvanı

Metro stansiyaları tələbə əsasən zonalara bölünmüş, avtobuslar isə dayanacaq məntəqələrinə görə təsnif edilmişdir ki, bu da sifariş ediləcək reklam yerinə dair tam məlumat əldə etməyə imkan verir.


Sifarişin statusunun izlənməsi

İstifadəçilər sifariş prosesini mərhələli şəkildə izləyir və hər mərhələdə reklamla bağlı ətraflı məlumat əldə edirlər. Reklam materiallarını sistemə onlayn şəkildə yüklədikdən sonra, yerləşdirilmiş reklamın monitorinqi vizuallar vasitəsilə təmin olunur.


Nəticələr 

✔️ Sürətli və rahat sifariş prosesi

✔️ Vaxta və resurslara qənaət 

✔️ Vahid platformadan effektiv idarəetmə

✔️ Vizual monitorinq imkanı

✔️Manual kommunikasiya ehtiyacının azalması;